Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Tələbə olmaq istəyənlər niyə Bakını seçir səbəblər

Tələbə olmaq istəyənlər niyə Bakını seçir səbəblər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekspert: “Onlar düşünürlər ki, paytaxtda yerləşən ali məktəblərdə təhsil almaq gələcəkdə daha geniş imkanlar deməkdir”

Son illərdə Azərbaycanda ali təhsil sistemində müşahidə olunan əsas tendensiyalardan biri abituriyentlərin böyük əksəriyyətinin öz bölgələrindən kənarda, xüsusilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini seçməsidir. Statistik göstəricilər və qəbul prosesindəki real mənzərə onu deməyə əsas verir ki, regionlarda yaşayan minlərlə gənc universitet seçimi zamanı ilk növbədə paytaxtdakı ali məktəblərə üstünlük verir. Bu seçim bəzən təhsilin keyfiyyəti ilə əsaslandırılsa da, əslində səbəblər daha çoxşaxəli və dərin sosial-psixoloji amillərlə bağlıdır.

Əslində isə regionlarda da kifayət qədər ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bəs onda niyə rayonda yaşayan gənc Bakıya üz tutur? Tələbə olmaq istəyənlər niyə Bakını seçir və bu meylin arxasında hansı əsas səbəblər dayanır?

Mütəxəssislərin fikrincə, səbəblərdən biri təhsilin keyfiyyəti və akademik mühitdir. Belə ki, Bakıda yerləşən ali təhsil müəssisələrinin əksəriyyəti ölkənin aparıcı universitetləri hesab olunur. Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali məktəblər həm akademik heyəti, həm də tədris proqramları baxımından daha geniş imkanlara malikdir. Paytaxt universitetlərində daha çox tanınmış professor-müəllim heyəti fəaliyyət göstərir, beynəlxalq proqramlar və mübadilə imkanları genişdir, elmi-tədqiqat fəaliyyəti və akademik mühit daha aktivdir.

Bu amillər abituriyentlərdə “yaxşı təhsil yalnız Bakıda mümkündür” kimi bir stereotip formalaşdırıb. Region universitetləri isə çox zaman bu baxımdan kölgədə qalır və gənclər arasında yetərincə cazibədar görünmür.

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, bu məsələdə, vətəndaşların öz seçimlərini etmək hüququ var. Harada təhsil almaq istəmələri hər bir vətəndaşın fundamental hüququdur və bu seçimə hörmətlə yanaşılmalıdır: “Lakin burada müəyyən məqamlar var ki, həmin məqamlar ictimai müzakirə və hətta ictimai qınaq predmetinə çevrilə bilər. Məsələn, vətəndaş öz yaşadığı əraziyə uyğun dövlət universitetinə qəbul oluna biləcəyi halda, israrla Bakıya gələrək hansısa özəl universitetdə təhsil almaq istəyirsə, bu, artıq birmənalı qarşılanmayan və anlaşılması çətin olan bir qərar kimi qiymətləndirilə bilər.

Əgər bu seçimin səbəbi sosial mühitin genişliyi, daha yaxşı şəxsi inkişaf imkanları, özünü reallaşdırmaq və fərdi potensialını üzə çıxarmaq kimi arqumentlərlə izah olunursa, bu halda həmin şəxslərin mövqeyinə müəyyən qədər hörmətlə yanaşmaq mümkündür. Lakin yaxınlıqda yerləşən dövlət universitetini kənara qoyaraq, sırf Bakıda oxumaq naminə özəl universiteti seçmək məsələyə düzgün yanaşma hesab edilə bilməz".

Elçin Əfəndi onu da qeyd edib ki, daha perspektivli və prestijli hesab olunan universitetlərin demək olar ki, hamısı Bakıda yerləşir ki, bu da tələbələri özünə cəlb edir: “Ümumilikdə Bakıda yerləşən ali təhsil müəssisələrinə nəzər saldıqda görürük ki, onların böyük əksəriyyəti dövlət universitetləridir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi ali məktəblər məhz paytaxtda fəaliyyət göstərir. Özəl universitetlərə gəldikdə isə Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti kimi nüfuzlu ali təhsil ocaqları da yenə paytaxtda cəmləşib.

Göründüyü kimi, daha perspektivli və prestijli hesab olunan universitetlərin demək olar ki, hamısı Bakıda yerləşir. Digər ali təhsil müəssisələri ilə müqayisədə vətəndaşlarımız məhz bu universitetlərdə təhsil almağa üstünlük verirlər. Nəticə etibarilə həmin universitetlər paytaxtda yerləşdiyi üçün tələbələrin Bakıda təhsil almağa maraq göstərmələri tamamilə anlaşılandır. Onlar düşünürlər ki, paytaxtda yerləşən ali məktəblərdə təhsil almaq universitetin reytinqinin daha yüksək olması, diplomun isə gələcəkdə daha geniş imkanlar açması deməkdir".

Mütəxəssis digər səbəblərdən də danışıb: “İkinci əsas səbəb isə tələbələrin sosial baxımdan inkişaf etmək istəkləri ilə bağlıdır. Onlar yalnız diplom almağı deyil, eyni zamanda əmək fəaliyyətinə başlamağı, karyera qurmağı, peşəkar əlaqələr formalaşdırmağı düşünürlər. Bakı bu baxımdan daha geniş imkanlar təqdim edir.

Üçüncü tərəfdən isə gənclər belə hesab edirlər ki, paytaxtda təhsil almaq və orada qalmaq, nəticə etibarilə paytaxt sakini olmaq onlara əlavə üstünlüklər qazandıra bilər. Necə ki, biz faktiki olaraq Bakıda yaşayan şəxslərin Azərbaycanın hüdudlarından kənara çıxaraq Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində, ABŞ-də, Yaponiya və Sinqapur kimi inkişaf etmiş dövlətlərdə təhsil aldıqlarını görürük. Bu zaman sual yarana bilər: Bakıda universitetlər olduğu halda onlar niyə xaricə üz tuturlar?

Göründüyü kimi, insan təbiəti etibarilə daim dəyişiklik axtarır, bir məkandan digərinə köçməyi, yeni mühitlərdə özünü sınamağı sevir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, həmin insanların seçimlərinə müəyyən qədər anlayışla və hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda “niyə Bakıya gəlib təhsil alırlar?” sualını vermək də əslində doğru yanaşma deyil və məsələyə yanlış prizma ilə baxmaq deməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri