Tələbə olmaq istəyənlərin sayında rekord ARTIM
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün günorta saatlarında başa çatır. Əvvəlki illərlə müqayisədə sənəd qəbulunda artım müşahidə edilib.
Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 128 mindən çox abituriyent ərizəsini təsdiqləyib.
Qeyd edək ki, bu rəqəm əvvəlki illərlə müqayisədə rekord hesab edilir.
Belə ki, ötən il 115 245 abituriyent ərizəsini təsdiqləyib. 2023-cü ildə 107 188 abitutiyent, 2022-ci ildə isə bu rəqəm 99 538 abitutiyent ali məktəbə və kollecə qəbul olmaq arzusunu ifadə edib. Beləliklə, son 3 ildə tələbə olmaq istəyənlərin sayı 25 min nəfərdən çox artıb.
Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu verənlərin sayı 124 min nəfərdən çox olub, ötən il bu göstərici 110 min nəfərdən çox idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















