Icma.az
close
up
RU
Tələbə Təhsil Kredit Fondu qalmaqalı biznesmenin oğlu ilə sövdələşib

Tələbə Təhsil Kredit Fondu qalmaqalı biznesmenin oğlu ilə sövdələşib

Icma.az bildirir, Mia.az portalına istinadən.

Tələbə Təhsil Kredit Fondu (TTKF) iş adamı Azay Möhnətovun oğlu Aqil Möhnətovla satınalma müqaviləsi imzalayıb. 

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müqavilə ofis icarəsi ilə bağlıdır. 

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid inter portalı keçirilməyib. Yəni, elektron satınalma deyil. Fond satınalmanı birbaşa satınalma metodu ilə həyata keçirib. 

Bunadan başqa, Aqil Möhnətov fərdi sahibkar kimi vergidə qeydiyyatda deyil. Hər halda, vergi sistemində onun adına rast gəlinmir. Bu da Aqil Möhnətovun vergi ödəyicisi olmadığı qənaətini yaradır. 

Aqil Möhnətovun atası Azay Möhnətov Azərbaycanda kifayət qədər tanınan iş adamıdır. O, “AF Holdinq” şirkətinin sahibidir. 

Bu holdinqə “Everton”, “Uğur-97”,  “AFSAN Plastik,” “AF Business House”, “AF City”, “AF Mall”,  “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov”, “AF Hotel Aqua Park” kimi törəmə şirkətlər daxildir. 

Azay Möhnətov həm də “Eurohome” tikinti materilları bazarının sahibi kimi tanınır. O, 2019-cu idə bazarda baş verən güclü yanğın zamanı gündəmə gəlmişdi. Yanğın nəticəsində bazarda fəaliyyət göstərən xeyli sayda icarədara külli miqdarda ziyan dəymişdi. Bazarın rəhbərliyi ziyanı kompensasiya edəcəyinə söz versə də, sonradan əməl etməyib. Hər halda Azay Möhnətov hazırda bir çox icarədarla məhkəmə çəkişməsindədir. 

Bundan başqa, onun və  “Eurohome” idarə edən bacısı uşaqlarının özbaşınalıqlarından şikayətlənənlərin sayı də çoxdur.

TTKF Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Fond 2021-ci ildə yaradılıb. Qurumun İdarə Heyətinin sədri Bəhruz Əzimovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri