Icma.az
close
up
RU
Tələbə yaz məktəbləri uğurla davam edir FOTOLAR

Tələbə yaz məktəbləri uğurla davam edir FOTOLAR

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Martın 24-dən başlayan “Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi”, “Math Camp 2025” və “İT və proqramlaşdırma üzrə yaz məktəbi” uğurla davam edir. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, UNEC-in Quba Tədris, İdman və İstirahət Mərkəzində keçirilən yaz məktəbləri Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi, “Path to Math” həvəskar riyaziyyatçılar klubu və EESTEC Baku tərəfindən təşkil olunub.

Yaz məktəblərinin əsas məqsədi iştirakçıların fərqli sahələr üzrə bilik və bacarıqlarını artırmaq, təcrübi təhsil imkanlarından yararlanmalarına və onların intellektual mühitdə inkişafına dəstək olmaqdır. 

İlk iki gün ərzində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar ekspertlər tərəfindən aparılan təlimlərə, interaktiv müzakirələrə və praktiki məşğələlərə qatılıb.

Beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi çərçivəsində qlobal geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərdə əsas amillər və regional əməkdaşlıq perspektivləri müzakirə edilib. 

“Math Camp-2025” çərçivəsində riyaziyyatın nəzəri və tətbiqi aspektləri, eləcə də müxtəlif riyazi modellərin real həyatda istifadəsi mövzularında praktiki məşğələlər keçirilib. 

İT və proqramlaşdırma üzrə yaz məktəbi çərçivəsində isə müasir proqramlaşdırma dilləri, süni intellekt və böyük verilənlər (Big Data) sahəsində intensiv təlimlər təşkil olunub. 

İlk iki gün ərzində keçirilən sessiyalar iştirakçıların elmi araşdırma, analitik düşünmə və yaradıcı yanaşma bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılar qrup işləri, təqdimatlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Qeyd edək ki, yaz məktəbləri 28 mart tarixinədək davam edəcək. Növbəti günlərdə iştirakçıları daha geniş spektrli mövzular üzrə seminarlar, praktiki məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər və interaktiv təlimlər gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 27 Mart 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri