Icma.az
close
up
RU
Tələbələr ekspres avtobuslardan razıdırlarmı? SORĞU

Tələbələr ekspres avtobuslardan razıdırlarmı? SORĞU

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bildiyimiz kimi, metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri başa çatana qədər, 11 ay müddətinə dayandırılıb. Bununla əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə ekspres avtobus marşrutları fəaliyyətə başlayıb.

Bəs tələbələr ekspres avtobusların fəaliyyətindən razıdırlarmı?

Mövzu ilə bağlı Redaktor.az olaraq ilk olaraq tələbələrin çox olduğu “28 May” ərazisinə üz tutduq. Rastımıza çıxan ADNSU-nun 3-cü kurs tələbəsi Aytən Nəsirli bildirdi ki, vəziyyət olduqca çətindir:

“Cəmi bir stansiyalıq yolum var. İndiyə bəlkə də çoxdan evdə idim, lakin hələ də buradayam, sıxlıqdan avtobusa minməyə çalışıram”.

Elə həmin universitetin tələbəsi Toğrul Şükürlü də bildirdi ki, dəqiqələrdir avtobus gözləyir:

“Avtobuslar tez-tez gəlsə də, insan o qədər çoxdur ki, minmək olmur. Elə deyirlər xanımlara yol verin, biz bəylər də qalırıq qıraqda”.

Daha sonra sıxlığın müşahidə olunduğu “Elmlər Akademiyası” metrostansiyasının ətrafına yollandıq. Yenicə tələbə olan Aynur Məmmədova Sumqayıtda yaşadığını bildirdi:

“Evə getmək üçün ya 20 Yanvara getməliyəm, ya da 28 Maya gedib sürətli qatara minməliyəm. Lakin hər iki variant demək olar ki, mümkünsüzdür. Nə qatara minmək olur, nə də ekspres avtobusa. İnsan hədsiz çoxdur, vəziyyət çox çətindir”.

Mikrofonumuza tuş gələn daha bir tələbə Fidan Süleymanzadə isə Elmlər Akademiyası ərazisində yaşadığını bildirdi:

“Əslində, öz evimiz Xırdalanda yerləşir. Lakin oradan bura gəlmək, hər hansı rayona getməkdən daha uzun çəkir. Ona görə universitetin yanında qızlarla birlikdə kirayə qalıram. Ancaq qrup yoldaşlarımın gündəlik dediklərindən və öz gördüklərimdən də bilirəm ki, gediş-gəliş çox çətindir”.

Digər bir tələbə isə bildirdi ki, ekspres avtobusların istifadəyə verilməsi müəyyən qədər rahatlıq yaratsa da, sıxlıq səbəbindən onlardan istifadə etmək hər zaman mümkün olmur:

“Marşrutun olması yaxşıdır, amma əsas problem avtobusa minə bilməkdir. Xüsusilə dərs saatlarının sonunda çox böyük sıxlıq yaranır. Bəzən bir neçə avtobus gözləməli oluruq”.

Daha bir tələbə isə qeyd etdi ki, bu vəziyyət onların maddi durumuna təsir edir:

“Əvvəllər metroya minib evə gedirdik. İndi evə getmək üçün avtobusa, daha sonra metroya minirəm. Ən azından ekspres avtobusları pulsuz edərdilər. Bu, bütün dünyada belədir. Bizdə isə heç tələbəyə güzəşt də yoxdur".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri