Icma.az
close
up
RU
Tələbələr Novruz tətilini harada və necə keçirəcəklər SORĞU

Tələbələr Novruz tətilini harada və necə keçirəcəklər SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Min illərdir bir çox xalq tərəfindən qeyd edilən Novruzun ən böyük özəlliklərindən biri də fərqli adətlərlə zəngin olmasıdır. Hansı ki, bu adətlər nəinki uşaqların, həm də böyüklərin marağını cəlb edəcək fəaliyyətlərlə doludur.Bu məsələ ilə bağlı SİA tələbələrin fikrlərini öyrənməyə çalışıb.

Tələbə Tamilə Əzizova: “Daşkəsən rayonunun Bayan kəndində Novruz bayramının keçirilməsi xüsusi ab-havada olur. Hər çərşənbələrdə Novruz inancına görə, subay qadınlar fala baxmaqla evlənəcəyi tarixi müəyyən edərlər. Üzüyü suyun üzərinə qoyub bir balaca tərpətməklə dayanana kimi sayını sayırlar və həmin saya görə də qızın ailə həyatı qurmaq üçün yaşı təyin edilir.
Xüsusən səməni hər evdə ev əhli tərəfindən cücərdilir və səməni halvası mütləq çalınır.
Çərşənbə süfrəsindən sonra qulaq falına çıxılır. Bir arzu tutulur və həmin arzunun Çin olub-olmayacağı müəyyən edilmiş bir evin qapısını dinləməklə təyin edilir. Belə ki, həmin evdə kimsə, xoş söz deyərsə, arzunun çin olacağına yozulur, əksi olarsa, arzuya çatılmayacağına inanılır. Bayram günündə xüsusən ailə üzvlərini itirən şəxlər qəbir ziyarətinə gedirlər. Son çərşənbədə isə böyük bir tonqal qalanır və demək olar ki, bütün kənd camaatı həmin tonqalın ətrafında toplanır. Tonqal ancaq bir yerdə qalanır- qədim "Alban kilsə"sinin yaxınlığında. Həmin kilsə Bayan kəndinin simvolu hesab olunur. Qədimlərdən xalqımız həmin kilsə yaxınlığında Novruz tonqalı yandırıb yardımlaşdıqları üçün o yer nəsildən-nəsilə ötürülüb və bir növ Novruz atributu kimi böyük əhəmiyyət kəsb edib”.

Tələbə Həmid Əhədli: “Novruz - bir bayram kimi baharın gəlişinin müjdəçisidir. Novruz bayramını qeyd etmək baharın ilk gününü qeyd etmək deməkdir.
Novruz bayramının gəlişinə dörd həftədən öncə hazırlaşılsa da, Bakının müəyyən bölgələri var ki, beş həftə öncə hazırlaşılır. Belə ki, hər kəs tərəfindən bilinən çərşənbələrdən əlavə, “yalançı çərşənbə”də keçirilir. Bu su çərşənbəsindən əvvəlki çərşənbədə qeyd edilir. Bölgələrdə Novruz bayramı daha çox ilaxır çərşənbə olan - “Torpaq çərşənbəsi”ndə qeyd edilsə də, Bakı və onun kəndlərində martın 20-də “bayram axşamı”, 21-də isə Novruz bayramı qeyd edilir. Ailəmizdə bu artıq ənənə halını alıb. Hər çərşənbədə tonqal qalanır, və Bakı kəndlərinin demək olar ki, əksəriyyətində çərşənbələrdə xüsusi yemək olan - “Südlü plov” hazırlanır. Bu yemək növü Bakı mətbəxinə məxsusdur. Sonuncu - ilaxır çərşənbədə papaqlar atılır, qulaq falına çıxılır, “bəxt yoxlanılır”. Ailə olaraq biz bahar bayramına xüsusi dəyər veririk. Bu qədim azərbaycançılıq adət-ənənəsidir. Novruz adət-ənənəsində küsülülərin barışması əbəs yerə deyil, bu birliyi, özünəqayıdışı təmsil edir. Novruz təkcə, baharın gəlişi deyil həm də insanların “özünə gəlişi”dir. Qoy təkcə bayramda deyil, hər zaman bir olaq!”.

Tələbə Elnur Əliyev: “Bakı şəhərinin Binə qəsəbəsində Novruz bayramı ötən illərdəki kimi təmtəraqlı qarşılanmır. Belə ki, əvvəlki illərdə, hər evdə səmənilər cücərdilib xonçalar hazırlanırdı. Hər evin həyətində də tonqallar qalanardı, qonşuların qapılarına papaqlar atılar, qapı pusardılar. İlaxır çərşənbədə qızlar üzük falına baxardılar. Novruz xonçası üçün yumurta boyanılar və döyüşdürülərdi. Bir çox adət-ənənəmiz olub. Hər il bu adətlərin hər birini yerinə yetirərdik. Amma son illər ərzində Novruz bayramını əvvəlki kimi qeyd etmirik. Buna səbəb belə deyə bilərəmki qəsəbəmizdə Şəhid ailələrinin olmasıdır. Novruz bayramı ab-havası, çərşənbələrimizin gəldiyi hiss olunmur. Allah Şəhidlərimizə rəhmət eləsin”.

Tələbə Əli Əlizadə: “ Mən Novruz bayramını ailəm ilə qeyd edirəm. Novruz böyük təmtəraq ilə qarşılanır. Bayramın növbəti günü böyüklərimizə baş çəkirik, bayramlaşırıq. Bayram axşamı uşaqlar papaq atır. İlaxır çərşənbədə qızlar üzük falına baxır. Evlərdə bayram şamı yandırılır. Hər il olduğu kimi bu il də bayramı maraqlı adətlərimizi icra edərək qeyd edəcəyik”.

Müəllif: Qumral Əlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri