Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Tələbələr üçün tibbi sığorta ləğv olunacaq?

Tələbələr üçün tibbi sığorta ləğv olunacaq?

Icma.az bildirir, Medicina portalına istinadən.


2026-cı ildən müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Milli Məclisin sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən tibbi sığorta olunacaq.

Onun sözlərinə görə, bu, bəzi hallarda, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq.

Nazir qeyd edib ki, əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli də bildirib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən 18 yaşadək uşaqlar, 23 yaşadək birinci ali təhsil alan tələbələr, pensiyaçılar, yaşa görə təqaüd alanlar, sağlamlıq imkanları məhdud olub müxtəlif növ müavinət alan şəxslər dövlət hesabına tibbi sığorta olunan vətəndaşlar kateqoriyasına daxildir.

“Yəni, bu şəxslər özləri sığorta haqqı ödəmir, onların ödəmələri dövlət tərəfindən qarşılanır. Eyni qayda ilə rəsmi şəkildə işsiz kimi qeydiyyata alınan şəxslərin də tibbi sığorta haqları dövlət tərəfindən ödənilir”.

Əgər işi yoxdursa, o vətəndaş özü sığorta haqqını ödəyəcəkdir. Halbuki həm Milli Məclisin deputatları, həm də məsul dövlət qurumları dəfələrlə açıqlayıb ki, rəsmi işsizlərin sığorta haqları dövlət büdcəsi hesabına təmin ediləcək. Maliyyə naziri də bunu yenidən təsdiqləyib.

M.Məmmədli onu da əlavə edib ki, bununla yanaşı, qeyri-formal məşğul olan şəxslər, yəni faktiki işləyib gəlir əldə edən, lakin əmək müqaviləsi və ya rəsmi qeydiyyatı olmayanlar öz tibbi sığorta haqlarını müəyyən olunmuş məbləğ üzrə özləri ödəyəcəklər:

“Digər şəxslər, yəni əmək müqaviləsi ilə çalışan, rəsmi iş yeri olan işçilər aldıqları əmək haqqının məbləğinə uyğun olaraq İcbari Tibbi Sığorta Fonduna avtomatik şəkildə ödəniş edirlər. Bu ödənişlər həm işləyən şəxslərin maaşlarından tutulur, eləcə də onları işlə təmin edən dövlət qurumları və özəl təşkilatlar tərəfindən müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. Beləliklə, çalışan şəxslərin İcbari Tibbi Sığorta Fonduna köçürülən vəsaiti həm işçinin, həm də işəgötürən qurumun ayırmalarından formalaşır.


medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri