Tələbələrin metrodan güzətli istifadəsi alqışlandı, amma...
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
16 dekabr–4 yanvar tarixlərində “Birbank Visa” kartları ilə Apple Pay və ya Google Pay vasitəsilə Bakı metrosunda gedişhaqqı 60 qəpik əvəzinə cəmi 30 qəpik olacaq. Kampaniya hər istifadəçi üçün maksimum 10 gedişi əhatə edir.
Bu kampaniya bayram günlərində şəhərdaxili gedişləri daha əlçatan edir və rəqəmsal ödənişlərə marağı artırır. Xüsusilə gənclər və aktiv metro istifadəçiləri üçün real büdcə qənaəti yaradır. Belə təşəbbüslər bank–müştəri münasibətlərinə müsbət təsir göstərir.
İqtisadçı- ekspert, Real Partiyasının sədri Natiq Cəfərli bu kampaniyanın əhəmiyyəti barədə danışıb.
O bildirib ki, bu cür 20 günlük endirim aksiyaları sosial rifaha təsir göstərmir, sadəcə bankın özünü və məhsullarını tanıtmasına xidmət edən reklam xarakterli kampaniyadır: "Təşəbbüsü müsbət qiymətləndirirəm. Reklam kampaniyasıdır və bu reklam kampaniyası nəticəsində bank həm özünü, həm də öz məhsullarını yaxşı tanıdacaq, vəssalam. Amma bu, insanların, əsasən də tələbələrin sosial rifahına heç bir təsir göstərməyəcək. 20 gün ucuz getsələr metroda nə olacaq ki? Varlanacaqlar? Bu kampaniya təqdirəlayiq aksiyadır, yəni həm tanıtım üçün, həm də öz məhsullarının satılması üçün çox yaxşı düşünülmüş bir addımdır. Amma bunun sosial vəziyyətlə heç bir əlaqəsi yoxdur"./cross.media
Baxış sayı:71
Bu xəbər 17 Dekabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















