Tələbələrin sonsuzluq axtarışı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sonluqdan sonsuzluğa” adlanan sərgi YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə XX–XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunub. Burada YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin yaradıcılıq nümunələri sərgilənir.
Qeyd edək ki, bir il ərzində məktəbdə incəsənətin fundamental istiqamətləri üzrə multidisiplinar rassamlıq, incəsənət menecerləri, kuratorlar və tədqiqatçılar üçün nəzəri-təcrübi təhsil proqramları uğurla başa çatıb və yekun olaraq, 30 tələbə 4 fərqli buraxılış layihəsi hazırlayıb.
Bu, əsl rəngarəng multimedia şousudur. Sərgi tələbə art-menecerlərin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran layihələrin mərkəzində Müasir İncəsənət Məktəbin rəhbəri Sabina Şıxlinskayanın “Sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır. Müasir texnologiyaların imkanları seyrçilərin dünyanı müxtəlif baxış bucaqlarından görməsinə şərait yaradır. Təqdim olunan əsərlər yaradıcı təxəyyülün bugünün sərhədlərini gələcəyin üfüqlərinə qədər genişləndirməsi məramını göstərir.
Sərgi fevralın 2-dək davam edəcək.
XQ
Baxış sayı:78
Bu xəbər 13 Yanvar 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















