Icma.az
close
up
RU
Tələbələrin yataqxana problemi

Tələbələrin yataqxana problemi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu, həm də valideynlər üçün kifayət qədər həssas məqamdır

Hər il avqust ayının sonlarında ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra paytaxtda böyük bir canlanma yaşanır. Tələbə adını qazanmaq qürurverici olsa da, bölgələrdən paytaxta üz tutan gənclərin qarşısında dərs ilinin başlamasına sayılı günlər qalmış çox ciddi bir sədd dayanır: Harada qalacağıq?

Kirayə evlərin qiymətlərinin günü-gündən yüksəlməsi valideynlər üçün əlçatmaz olduğundan, övladlarının yataqxanada yerləşməsi, ümumən tələbə mühitində yaşaması üçün çalışırlar.

Yataqxanada yer tapa bilməyən on minlərlə tələbə üçün yeganə alternativi mənzil bazarı təşkil edir. Məhz avqust-sentyabr aylarında Bakının kirayə mənzil bazarında kəskin “tələb patlayışı” yaşanır və bu da qiymətlərin süni şəkildə çatdırılmasına gətirib çıxarır. Mетро stansiyalarına və ali məktəblərə yaxın ərazilərdə 1-2 otaqlı ən sadə mənzillərin aylıq kirayə haqqı tələbənin ailəsinin aylıq gəlir imkanlarını dəfələrlə üstələyir. Bölgələrdən paytaxta axın edən minlərlə tələbə üçün bu sadə bir məişət məsələsi deyil, birbaşa təhsilin keyfiyyətinə, psixoloji gərginliyə və ailə büdcəsinə təsir edən ciddi sosial-iqtisadi problemə çevrilir. 

Belə olan halda, paytaxtda kirayə mənzil bazarında qiymətlərin kəskin artması tələbə yataqxanalarının mövcud vəziyyətini və bu sahədəki çatışmazlıqları yenidən sosial-iqtisadi gündəmin ön sırasına çıxarır.

“Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev mövzu ilə bağlı müraciətimizə cavab olaraq bildirdi ki, bu məsələyə həm təhsil eksperti, həm də bir valideyn kimi yanaşaçağam. İlk olaraq bildirmək istəyirəm ki, kirayə xərclərinin kəskin artması, eyni zamanda, xüsusən oğlan tələbələrə kirayə evlərin verilməməsi valideynlərə çox böyük çətinlik yaradır. Biz bunları mütəmadi olaraq valideynlərlə müzakirə edirik, müraciətlərinə istiqamət verməyə çalışırıq.

İlk növbədə kirayə qiymətlərin yüksək olması ilə bağlı çox ciddi problemlər var. Misal üçün, tələbə yataqxanalarının olmaması, yaxud azlığı ilə bağlı tələbələr çox böyük çətinlik çəkirlər, xüsusən də regionlardan gələnlər. Məsələn, Bakı Dövlət Universitetinin Tələbə Şəhərciyindəki yataqxanasında çox məhdud sayda yerlər var və bunları yalnız imtiyazlı ailələr istifadə etmək şansı ola bilir. Eyni zamanda, ADNSU-nun yataqxanası əcnəbilərə verildiyi üçün orada da istifadə etmək demək olar mümkünsüzdür. Digər universitetlərin yataqxanalarında da yerlər az və ya ümumiyyətlə yoxdur. Ona görə də valideynlər üçün kifayət qədər bu məsələ həssas məqamdır. 

Düşünürəm ki, yataqxana məsələsinə ümumiyyətlə, dövlət səviyyəsində ciddi şəkildə dəstək olmalıdır və həmçinin onların yataqxana şəraiti yaxşılaşdırılmalıdır ki, bu kirayə xərcləri azalsın.

Eyni zamanda, bir valideyn olaraq hazırda biz də bu problemi yaşayırıq. Qardaşımın övladı ali məktəbə qəbul olsa da, ev tapmaqda çətinlik çəkirik, çünki,  söylədiyim kimi, oğlanlara kirayə ev tapmaq müşkül məsələyə çevrilib. Buna görə də bu məsələdə kifayət qədər xərc daha da yüksəlir. Məsələn, qızlara 700 manata verilən mənzili oğlanlar üçün 900 manata təklif olunur. Düşünürəm ki, bu ümumiyyətlə, universitet rəhbərlərinin diqqət mərkəzində olmalı, eyni zamanda dövlət də bu istiqamətlərdə müəyyən addımlar atmalıdır.

Bəs ali məktəblərin yataqxanalarında mövcud vəziyyət necədir?

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd etdi ki, ADPU-nun Bakı şəhərində 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. 

ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir.Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur.

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova söhbət zamanı bildirdi ki, AzTU-nun yataqxana binalarında hazırda 114 məcburi köçkün ailəsi məskunlaşıb. Əvvəllər bu binalarda 124 məcburi köçkün ailəsi yaşayırdı, onlardan 10 ailə işğaldan azad edilmiş ərazilərə köçürülüb. Qalan 114 ailə isə hazırda yataqxana binalarında yaşayır. 

Binaların ümumi vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib. Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək.

Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həqiqət İsabalayeva (ATU) açıqlamasında qeyd etdi ki, tələbələrin yaşam tərzinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 5 yataqxana binası fəaliyyət göstərir. Onlardan biri hazırda təmirə bağlanıb. 1 və 2 saylı yataqxanada isə Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada ATU-da təhsil alan Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilir. Təmirə dayanmış yataqxana istisna olmaqla, hazırda yataqxanaların ümumi tutumu 965 nəfərə yaxındır. 

Yataqxananın aylıq ödənişi yataqxanadan asılı olaraq, tələbə sayı və 1, 2, 3 və 4 nəfərlik otaq sayına əsasən dəyişir. Məbləğ orta hesabla 60, əcnəbi tələbələri də nəzərə alsaq, 120 manat arasında dəyişir. Tək nəfərlik otaqlar ayda 120 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 -70 azn təşkil edir. Tələbə bu ödənişdən əlavə, heç bir kommunal xərc ödəmir. Heç bir depozit tələb olunmur, yalnız ilin əvvəlində müqavilə bağlanılır və ilik yataqxana haqqı ödənilir.

Azərbaycan Tibb Universiteti şəhid ailələri və qazilərin istər sosial müdafiəsi, istərsə də onların təhsil və səhiyyə ehtiyaclarına hər zaman xüsusi həssaslıqla yanaşır. Universitetdə bu kateqoriyadan olan şəxslər üçün tətbiq olunan əsas güzəşt və dəstək tədbirlərinə yataqxana təminatı və güzəştləri də daxildir. Belə ki, ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir. Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur. 

Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana bilir. 

Yataqxanalarda tələbələrin rahatlığı üçün oxu və istirahət otaqları, hər mərtəbədə mətbəx, camaşırxana mövcuddur. Həmçinin binalar inetnet (wi-fi) ilə təchiz edilib. Yataqxanalarımız 7/24 kameralar vasitəsilə müşahidə altındadır. Təbələrimizin bəlli giriş-çıxış saatları (07.00-23.00) mövcuddur. Yeni mövsüm üçün görülən işlərə gəlincə, yataqxanalardakı vəziyyət ilboyu diqqətdə və nəzarətdə saxlanılır. Tələb olunduğu təqdirdə müvafiq təmir işləri icra olunur. 

Söylənilərdən belə bir qənaətə gəlmək olar ki, tələbə yataqxanası çatışmazlığı təkcə təhsil müəssisələrinin daxili məsələsi deyil, ümumşəhər infrastrukturu və mənzil bazarı ilə birbaşa bağlı olan problemdir.

Müşfiq MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri