Icma.az
close
up
RU
Tələbələrin yataqxana problemi ilə bağlı vacib addım

Tələbələrin yataqxana problemi ilə bağlı vacib addım

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də cib yandırır. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.

Globalinfo.az “Kaspi”yə istinadən xəbər verir ki, bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib.

O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?

Kontingentin maksimum üç faizini ödəyir

Təhsil eksperti Elmin Nuri deyir ki, hazırda universitet yataqxanaları yataqxanaya ehtiyacı olan tələbələrin yalnız üç faizinin tələbatını ödəyə bilir: “Bu layihəyə çoxdan başlanılmalı idi. Çünki ali təhsil seqmenti ilə bağlı ən ciddi problemlərdən biri yataqxanalardır. Bu gün ölkədə yataqxana imkanları olan çox az universitet var. Onlar arasında da sorğu keçirərkən məlum olmuşdu ki, bu yataqxanalar tələbə kontingentinin maksimum üç faizinin ehtiyacını ödəyə bilir. Bu, dəhşətli rəqəmdir. Bir yataqxanada nə qədər tələbə yerləşə bilər? Maksimum 1000, bəs bundan sonra? Bu gün hansı universitetimizdə yalnız 1000 tələbənin yataqxanaya ehtiyacı var? İkinci məsələyə gəldikdə, Azərbaycana gələn əcnəbi tələbələrin qarşısını alan əsas faktorlardan biri də yataqxana, kampus şəraitidir. Əcnəbi araşdırır, universitetlərdən birini seçərək baxır ki, tarixi, reytinq cədvəli yaxşıdır, amma yataqxana imkanları yoxdur. Kəmiyyətə görə bölgədəki yataqxanalar paytaxtdakı universitet yataqxanalarından daha yaxşıdır. Onlar müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışır. Çünki bölgə universitetləri yataqxanaya məcburiyyət kimi baxır, paytaxtda da yanaşma belə olmalıdır”.

Layihə intensiv şəkildə həyata keçirilməlidir

Həmsöhbətimiz vurğulayır ki, bu problemin həllində özəl sektorun dəstəyi çox vacibdir:

“Amma bu, intensiv şəkildə həyata keçirilməlidir. Məsələn, bir yataqxana tikildi, onun təbliğatı aparıldıqdan sonra layihə passiv duruma keçməməlidir. Bizim kiçik tələbə tutumu olan özəl universitetlərimiz də daxil olmaqla, bütün universitetlərin yataqxanalara ehtiyacı var. Yataqxana əsl tələbə mühitini formalaşdıran, ona başqa bir ovqat qatan məkandır. Xaricdə evində qalmaq imkanı olan tələbələr belə, yataqxanaları seçirlər. Çünki yataqxana dediyimiz hər hansı mehmanxana deyil. Universitetin tələblərinə cavab verən əlavə şəraiti olur. Ona görə də bu layihə olduqca vacibdir”.

Güzəştlər olmalıdır

Ödəniş məsələsinə gəldikdə isə, E.Nuri deyir ki, əksər ölkələrdə yataqxanalarla bağlı ödənişlər tələbələrin göstərdiyi nəticələrə əsasən hesablanır: “Ödənişlə bağlı birmənalı fikir mümkün deyil. Xaricdə belə bir təcrübə var ki, əgər tələbə yüksək təqaüd alırsa, o, yataqxana daxil, müxtəlif xərclərdən azad olunur. Bizdə də bu üsuldan istifadə oluna bilər. Özəl sektor bahalı yataqxana tikib baha qiymətə versə, təbii ki, bunun tələbəyə yararı olmayacaq. Çünki imkanı olan tələbə kirayə ev tutub qalır. Burada güzəştlər olmalıdır”.

Çoxmərtəbəli yataqxanalar inşa edilməlidir

Yataqxana çatışmazlığının yaratdığı əsas problemlərdən biri də kirayə mənzillərdir. Mənzillərə tələbat çox olduğu üçün qiymətlər bahadır. Bəs bu sənədin qəbulu kirayə mənzil bazarında qiymətlərə təsir edə bilərmi?

Əmlak eksperti Elnur Azadov deyir ki, ölkədə olan yataqxanaların əksəriyyəti 1970-ci ilə qədər inşa olunanlardır və istismar müddəti bitib. Onların bərpa edilməsi, yoxsa sökülüb yenidən tikilməsi ideyasını ciddi şəkildə dəyərləndirmək lazımdır: “Azmərtəbəli yataqxanaları tamamilə söküb, yerində çoxmərtəbəli yataqxanalar inşa etmək lazımdır. Ona görə ki, bu yataqxanalar hamısı sovet dövründə inşa olunub. O vaxt universitetlərdə yaxud təhsil ocaqlarında olan tələblərin sayı indiki qədər deyildi. Buna görə də yataqxanaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artırılmalıdır”.

Qiymətlər daha da artacaq?

Əmlak eksperti vurğulayır ki, xarici investorların, özəl şirkətlərin cəlb olunması yataqxanada qiymətlərin artması ilə nəticələnə bilər:

“Xarici təcrübədə belə bir forma var: investisiya şirkətləri yataqxanalar tikir və onları kirayə verərək qoyduqları sərmayəni çıxarırlar. Bizim ölkədə yataqxanalara kiçik xidməthaqqı ödənilir. Bərpa olunandan sonra isə daha artıq ödəniş etmək məcburiyyətində qalacaqlar. Hazırda yataqxanalardan istifadə edən aztəminatlı ailələrin uşaqlarıdır. Qiymətlər baha olsa, bu, yataqxanalardan hazırda istifadə edən kateqoriyaya mənfi təsir edəcək. Ona görə də, bərpa olunub, yaxud yenidən tikiləndən sonra qiymət məsələsi nəzərə alınmalıdır”.

Yataqxanaların yenidən bərpasının kirayə mənzil bazarına təsirinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövcud yataqxanalara investisiya yatırılıb bərpa olunsa, daşınmaz əmlak bazarına heç bir təsiri olmayacaq: “Bu, kirayə mənzil bazarına 5-10 faiz təsir edə bilər”.

Qeyd edək ki, “bp” şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması” sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see153

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see141

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see140

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see137

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see136

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see134

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see134

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see134

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see133

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see130

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see129

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see128

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see127

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see126

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see123

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see123

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see122

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see122

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see116

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri