Icma.az
close
up
RU
Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi FOTOlar

Telefon danışığında başlayan mübahisə qanla bitdi! 25 yaşlı gənc qətlə yetirildi FOTOlar

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Antalyada H.T. (29) ilə Emir Batuhan Çelik (25) arasında telefonda başlayan mübahisə küçədə davaya çevrilib. H.T.-nin odlu silahla atəş açması nəticəsində başından vurulan Emir Batuhan Çelik həyatını itirdi, yanındakı Halil İ.A. (25) isə yaralanıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Kepez rayonunun Varsak Karşıyaka məhəlləsində baş verib.

Emir Batuhan Çelik və dostu Halil İ.A., saat 00:30 radələrində Müftü Yusuf Talat Efendi Caddesi üzərindəki meşə girişində oturaraq birlikdə spirtli içki qəbul ediblər. Bu vaxt Emir Batuhan Çelik telefonda danışdığı H.T. ilə hələ məlum olmayan səbəbdən mübahisə edib. Bir müddət sonra H.T. motosikleti ilə hadisə yerinə gəlib. Emir Batuhan Çelik və H.T. arasında başlayan mübahisə qarşıdurmaya çevrilib. H.T. yanında gətirdiyi odlu silahla atəş açaraq motosikleti ilə hadisə yerindən qaçıb.

Güllələrin hədəfinə tuş gələn Emir Batuhan Çelik və Halil İ.A. yaralanıb. Hər iki yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Başına iki güllə dəymiş və əməliyyata alınmış Emir Batuhan Çelik səhərə yaxın həyatını itirib. Sinəsindən vurulan Halil İ.A.-nın vəziyyətinin yaxşı olduğu və müalicəsinin davam etdiyi bildirilir. Hadisə yerində aparılan araşdırmada 7 giliz və 3 patron tapılıb.

Cinayət Axtarış Şöbəsinin əməkdaşları araşdırma nəticəsində H.T.-nin Muğlaya qaçdığını müəyyənləşdirilib. Şübhəli, təqib nəticəsində səhərə yaxın Muğlanın Seydikemer rayonunda saxlanılıb. Onun üzərində qanunsuz yollarla əldə etdiyi odlu silah və 4 patron aşkarlanıb. H.T. ilkin ifadəsində kuryerlik etdiyini, Emir Batuhan Çelik və Halil İ.A.-nın hər gördüklərində onu hədələdiyini və buna görə bu hadisəni törətdiyini iddia edib.

Emir Batuhan Çelikin meyiti, məhkəmə-tibbi ekspertiza işlərindən sonra atası Ali Çelik və digər yaxınlarına təhvil verilib. Meyitin alınması zamanı Emir Batuhan Çelikin yaxınları və dostları göz yaşlarına hakim ola bilməyiblər.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri