Telefon istifadəçilərinin DİQQƏTİNƏ: Bunu etməyin Nəticələri faciəvi ola bilər
Icma.az bildirir, News24 portalına istinadən.
Smartfon sahibləri cihazlarını doldurarkən bəzi səhvlər edirlər ki, bu da batareyanın ömrünü azaldır və telefonun işləməsinə mənfi təsir göstərir.
Birinci səhv – telefonu tam boşaldıb sonra 100%-ə qədər doldurmaq. Ən yaxşısı batareyanı 30%-dən 95%-ə qədər şarj etməkdir. Tam boşaltmaq yalnız uzun müddət işlədilməyən cihazlar üçün məsləhətdir.
İkinci səhv – köhnəlmiş və ya keyfiyyətsiz kabellərdən istifadə etmək. Belə aksesuarlar həm smartfona zərər verə, həm də alışma riski yarada bilər.
Üçüncü səhv – sertifikatsız, naməlum istehsalçıların şarj cihazlarından istifadə. Bu, batareyanı tez sıradan çıxara və cihazı korlaya bilər.
Dördüncü səhv – telefonu şarjda olarkən yorğan, yastıq və ya paltar altına qoymaq. Bu, batareyanın çox qızmasına səbəb olur.
Mütəxəssislər məsləhət görür ki, telefon hər zaman sərt və havalandırılan səthdə şarj edilsin və üzəri örtülməsin. Bu qaydalara əməl etsəniz, həm batareyanın ömrü uzanar, həm də telefon daha stabil işləyər.
Baxış sayı:54
Bu xəbər 02 Sentyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















