Icma.az
close
up
RU
Telefon vasitəsilə həyata keçirilən dələduzluqdan NECƏ QORUNAQ?

Telefon vasitəsilə həyata keçirilən dələduzluqdan NECƏ QORUNAQ?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Texnologiyanın inkişafı telefon vasitəsilə həyata keçirilən dələduzluq ("vishing") hallarının artması, yeni dələduzluq üsullarının formalaşması ilə müşayiət olunmaqdadır. “Telemarketinq zəngləri” adı altında və ya “pərakəndə satış” təklifləri ilə fərdi məlumatlarınızı ələ keçirmək və bu məlumatlardan qanunsuz maddi mənfəət əldə etmək istəyən subyektlərin fəaliyyəti daha da təhlükəli hal almışdır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) məlumat verib.
Bildirilib ki, bu cür təhlükələrdən qorunmaq üçün aşağıdakı tövsiyələri diqqətə almağınız vacibdir:
Naməlum və ya şübhəli, o cümlədən “saxtalaşdırılmış” nömrələrdən gələn zənglərlə bağlı diqqətli olun:
Bəzi hallarda (məsələn, zəng məlumatlarının saxtalaşdırılması – “Caller ID Spoofing” zamanı), rəsmi qurum və ya təşkilatların, tanıdığınız şəxslərin, o cümlədən ailə üzvlərinizin nömrəsilə eynilik təşkil edən, lakin saxtalaşdırılmış nömrələrdən sizə zənglər edilə bilər. Bu cür zənglər zamanı, məsələn, yaxınınızın başına qəza və ya digər fövqəladə hadisə gəldiyi iddia edilərək, “kömək” məqsədilə sizdən təcili şəkildə ödəniş edilməsi və ya fərdi və maliyyə məlumatlarınızın təqdim edilməsi tələb edilə bilər;
 

Bütün hallarda, zəng edən şəxsin kimliyindən əmin deyilsinizsə, dəqiqləşdirmək üçün əlavə məlumat tələb edin. Təmsil etdiyini iddia etdiyi təşkilata onların rəsmi əlaqə kanalları (ictimai şəkildə təqdim olunan telefon nömrəsi və ya veb-səhifə) vasitəsilə müraciət edin;


Xarici ölkələrdən gələn zənglərə münasibətdə, eləcə də, zənglərdə zəif səs keyfiyyəti, robotik ton və ya danışıqda qeyri-təbii ritm müşahidə edirsinizsə, ehtiyatlı olun;
Telefon zəngində sizdən fərdi məlumatlar, bank kartı nömrələri və ya şifrə (o cümlədən, telefon nömrənizə göndərilən təsdiq kodu) istənilərsə, məlumatları təqdim etməyin / zəngi sonlandırın;
Rəsmi qurum, təşkilat və ya şirkətlərin sizdən telefon zəngi vasitəsilə qeyd edilən fərdi məlumatları tələb etməyəcəyini unutmayın.
Təkliflərə şübhə ilə yanaşın/müsbət qərar qəbul etməyə tələsməyin:
Dələduzlar bəzən "təcili" təkliflər edərək sizi tələsdirib diqqətsiz davranmağınıza nail olmaq istəyirlər. Tələskənliyə qapılmayın.
Qorxu yaratma üsullarına qarşı diqqətli olun. "Vishing" adlanan bu üsuldan istifadə edənlər sizi hazırlıqsız yaxalamağa və tələb olunan məlumatları verməyi və ya ödəniş etməyi məcbur etməyə çalışırlar. Bəzi hallarda, tez hərəkət etməyinizi təmin etmək üçün təhdidedici danışıq da istifadə edə bilərlər. Məsələn, hesabınızın deaktiv olunmaması üçün məlumatlarınızı təqdim etməli olduğunuzu deyə bilərlər.
 

Təklif çox heyrətamiz görünürsə, ehtiyatlı olun. Əksər hallarda, "pulsuz" və ya "qazanclı" təkliflər aldadıcı və yanıldıcı ola bilər;


“Xüsusi təklif” və ya “kampaniya” adı ilə sizə zəng edən şəxslər barədə məlumat əldə etmədən qərar qəbul etməyin;
Təklif edilən məhsul və ya xidmətin etibarlılığını ətraflı araşdırın.
Əlaqə məlumatlarınızı, o cümlədən telefon nömrənizi qoruyun:
Telefon nömrənizin ictimaiyyətə açıq olmasından çəkinin;
Sosial şəbəkələrdə və ictimai yerlərdə telefon nömrənizi paylaşmayın.
Cihazlarınızda təsdiqlənmiş tətbiqlərdən istifadə edin:
Telefonunuzda yüklənmiş tətbiqlərin təhlükəsizliyindən əmin olun;
Yalnız rəsmi tətbiq platformalarından (“Google Play” və ya “App Store”) təsdiqlənmiş tətbiqləri yükləyin.
Yeni təhdidlərlə bağlı məlumatlı qalmağa çalışın:
Yenilənmiş təhlükəsizlik qaydaları və mövcud dələduzluq metodları barədə məlumatlı olmaq üçün müvafiq dövlət qurumlarının, habelə xidmət aldığınız bank və ya digər xidmət təchizatçılarının rəsmi səhifə və hesablarında yerləşdirilən bildiriş və məlumatlardan faydalanın;
Əksər smartfonların “spam” zəngləri filtrdən keçirən, bloklayan və ya bildiriş göndərən daxili spam qoruma xüsusiyyətlərinin olduğunu unutmayın. Bu funksiyaları aktivləşdirmək üçün smartfonunuzun istifadə təlimatını yoxlayın.
Şübhəli zəng və ya təkliflər barədə məlumatları aidiyyəti qurumlara bildirin:
Dələduzluqla bağlı şübhələndiyiniz halları aidiyyəti dövlət qurumlarına və ya hüquq-mühafizə orqanlarına bildirin;
Ehtiyac olarsa, mobil operatorunuzdan naməlum nömrələri bloklamağı xahiş edin.
Qeyd: Tövsiyələr hazırlanarkən, həmçinin Kanada Kibertəhlükəsizlik Mərkəzinin müvafiq təlimatından istifadə edilmişdir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri