Icma.az
close
up
RU
Telefonlar da bahalaşacaq

Telefonlar da bahalaşacaq

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə regionda artan gərginlik və beynəlxalq logistika marşrutlarında yaranan risklər bazara təsirsiz ötüşmür. Xüsusilə Dubaydan Azərbaycana idxal olunan elektronika məhsullarının, o cümlədən mobil telefonların qiymətində mümkün dəyişikliklər müzakirə mövzusuna çevrilib. Daşınma xərclərinin artması və tədarük zəncirində yaranan gecikmələr idxal qiymətlərinə təsir göstərə bilər. Bu isə öz növbəsində yerli bazarda telefonların bahalaşması ehtimalını gündəmə gətirir. Mövcud vəziyyət fonunda bu risklərin nə dərəcədə real olduğu isə əsas suallardan biri olaraq qalır.
Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib ki, bu, ilk növbədə logistika zəncirində yaranan risklərlə bağlıdır:
“Əgər daşınma marşrutlarında problem yaranarsa, malların ölkəyə çatdırılması çətinləşir və bu da xərcləri artırır. Adətən belə hallarda yükdaşıma qiymətləri yüksəlir və bu artım birbaşa məhsulun son satış qiymətinə təsir edir. Telefon kimi idxaldan asılı məhsullarda bu daha tez hiss olunur. Çünki yerli istehsal yoxdur və bazar tamamilə xaricdən gələn məhsullardan asılıdır. Gecikmələr də qiymətə təsir edən əsas amillərdəndir. Əgər məhsul vaxtında bazara çıxmazsa, təklif azalır və bu zaman qiymətlərin artması qaçılmaz olur. Bu, bazarın ən sadə qaydalarından biridir. Gərginlik xəbərləri yayılan kimi bəzi satıcılar əvvəlcədən qiymətləri qaldırmağa başlayır. Yəni bəzən real xərc artımından daha çox gözləntilər qiymətə təsir edir. Bu prosesin təsiri hər zaman kəskin olmur. Əgər problem qısa müddətli olarsa, qiymətlərdə ciddi dəyişiklik baş verməyə də bilər. Sadəcə müvəqqəti bahalaşma və ya dalğalanma müşahidə olunar. Əgər gərginlik uzun müddət davam edərsə, o zaman artıq idxal xərcləri davamlı şəkildə artar. Bu isə bazarda telefonların qiymətinin hiss olunacaq dərəcədə yüksəlməsinə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri