Icma.az
close
up
RU
Telefonunuz sizi öldürə bilər: Alimlər cihazın saxlandığı təhlükəli yerləri açıqlayıb

Telefonunuz sizi öldürə bilər: Alimlər cihazın saxlandığı təhlükəli yerləri açıqlayıb

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Telefonsuz qalmaq qorxusu, sosial media və oyunlar həqiqətən xəstəlikdir



Alimlər mobil telefonları saxlamaq üçün ən təhlükəli yerləri açıqlayıblar. Telefonlar üçün ən təhlükəli yerlərdən birinin avtomobilin sandıqçası (bardaçok) olduğu bildirilir. "Bardaçok”a qoyulan telefon qızdığına görə özündən toksiki maddələr sintez etməyə başlayır. Qadjeti yastığın altında saxlamaq da düzgün deyil. Çünki bu zaman şüalanma nəticəsində yuxuya getmək çətinləşir ki, bu da səhər baş ağrısına səbəb olur. Ən əsas isə telefonunuzu şalvarın arxa və ya ön cibinə qoymaqdan çəkinməlisiniz. Həkimlər bildirirlər ki, yenə də şüalanma nəticəsində insanda sonsuzluq və ciddi onkoloji xəstəliklər meydana gələ bilər.  


Türkiyəli həkim, psixoterapevt Yavuz Samur mobil telefon asılılığının, günün 24 saatı, gecə-gündüz smartfondan ayrılmamağın, gözləri davamlı olaraq ekrana tuşlamağın insan sağlamlığına hədsiz ziyanlı olduğunu, bir çox xəstəliklərə səbəb ola biləcəyini açıqlayıb: 

- Alexander Qrehem Bell (mobil telefon ixtiraçısı) indi həyata qayıtsaydı, icad etdiyi telefonun hansı forma aldığını görüb başını itirərdi. Telefon asılılığı kimi bir şeyin olması isə onu az qala dəli edərdi. Bu gün mobil telefonlar həyatımızın, işimizin, məişətimizin ayrılmaz hissəsidir. Amma bunun asılılıq, maniya halı alması çox təhlükəlidir. Xüsusilə mesajlaşma proqramları, oyunlar və sosial media proqramları telefon asılılığının əsas səbəblərindəndir. “Gecə telefonuma baxmağa ehtiyac duymuram, onsuz da yata bilərəm” və ya “Səhər oyananda ilk etdiyim iş telefonuma baxmamaqdır” deyənlərin sayı bəlkə də çox azdır. Telefon asılılığı nədir? 

Y.Samur qeyd edib ki, əsasən texnologiya asılılığı çətiri altında qəbul edilə bilən telefon asılılığı, həddindən artıq telefon istifadəsi nəticəsində yaranan bir impuls nəzarət pozuqluğu növü hesab olunur. Telefonsuz yaşaya bilməyən, telefonu yanında olmayanda narahat olan, günün demək olar, hər anında telefonunu yoxlamaq ehtiyacı hiss edənlər telefon asılıları sayıla bilər. Əslində, telefon asılılığına səbəb olan əsas amil telefonun özü deyil. Ən əsas səbəblər telefonda edilən hərəkətlərdir. Bu hərəkətlərdən ən çox görülənləri mobil oyunlar, mətn mesajları və e-poçt yoxlamalarıdır. Telefondan asılılığın əlamətlərini hər kəs özü təsbit edə bilər. Əgər telefonunuzu tez-tez əlinizə alıb gələn mesajlara, paylaşılan statuslara baxmaq ehtiyacı hiss edirsinizsə, telefondan istifadə daha uzun müddət alırsa, telefonunuz yanınızda deyilsə, telefondakıları izləyə bilmirsinizsə, bu, sizdə əsəbilik, narahatlıq yaradırsa, hətta bu sizdə ciddi şəkildə stressə səbəb olursa, demək, telefon asılılıqlısınız. Elə nsanlar var, üz-üzə, canlı görüşməkdənsə telefon vasitəsilə mesajlaşmağı, danışmağı üstün tuturlar. Yəni telefona üstünlük verirlər, canlı ünsiyyətə deyil. Bu, həmin insanların sosial bağlarının qopduğunu göstərir. Bəziləri yemək yeyərkən telefondan ayrılmır. Gəzinti zamanı da telefondan əl çəkmirlər. Qonaq getdikdə, söhbət etmək əvəzinə davamlı telefona baxırlar.  


Y.Samur mobil telefonların insan orqanizminə, sağlamlığa zərərlərindən də danışıb: 

- Telefona həddindən artıq vaxt ayıranlarda yuxu və yemək rejimində pozulmalar yaranır. İndi, telefonsuz qalmaq qorxusunun ədəbiyyatda belə bir adı var: Nomofobiya. Nomofobiyadan əziyyət çəkən insanlar qısa müddət ərzində telefonlarından uzaq olduqda impulsiv davranışlar, əsəbilik və diqqəti cəmləməkdə çətinlik çəkə bilərlər. Telefon asılılığı beynəlxalq ədəbiyyatda xəstəlik kimi tərif edilir. Sosial media və mobil oyunların getdikcə populyarlaşması ilə pik həddə çatan bu xəstəliyin səbəblərini axtarmaq çox da uzaqda deyil. İnsandan insana dəyişsə də, smartfon asılılığının ən çox görülən səbəbləri sosial ünsiyyətdə çatışmazlıqlar, özünə inamın olmaması, dərhal yeni texnologiyaları sınamaq istəyi, sosial media kanallarında qurulan virtual əlaqələr və dostluqların daha cəlbedici hesab edilməsidir. Ekran asılılığı çətiri altında nəzərdən keçirilə bilən planşet asılılığı və telefon asılılığının zərərlərini iki əsas kateqoriyaya bölmək lazımdır: psixoloji zərərlər və fiziki zərərlər. Telefon asılılığının psixoloji zərərləri daim depressiya hissi, telefona görə görülən və ya edilməmiş işlərə görə özünü günahkar hiss etmək, anksiyete pozğunluqları, qəzəb və ya çəkilmə simptomları nümayiş etdirilməsi, edilməsi lazım olan işlərin davamlı olaraq təxirə salınması səbəbindən qeyri-adekvatlıq hissləri, real həyata qarışmaq qorxusu, vaxtı idarə etməkdə çətinlik, daimi və qəzəbli özünümüdafiə mexanizmlərinin inkişafı, yeni öhdəliklər götürməmək və ya onları yerinə yetirməmək, daimi və mənasız əhval dəyişikliyi. Telefon asılılığının fiziki zərərləri isə telefonun tez-tez istifadə edildiyi yerlərdə - əllərdə və barmaqlarda narahatlıq, oynaq pozğunluqları, hətta Karpal Tunel Sindromuna gətirib çıxarır. Bəzən ürəkbulanma ilə müşayiət olunan baş ağrısı və başgicəllənmə, düzənsiz yuxu rejimləri, qidalanma rejiminin pozulmasının səbəb olduğu həzm problemləri, boyun, bel və arxa nahiyədə ağrılar, gözlərdə quruluq və oxşar göz problemləri. Bir insan telefon asılılığı olub-olmadığını yoxlamaq istəyirsə, bu suala cavan versin: “telefonsuz nə qədər, neçə saat və ya neçə dəqiqə qala bilərəm?” Bir məsələni də aydınlaşdıraq ki, əgər siz telefonunuzu evdə unutmusunuzsa,  özünüzü narahat hiss edirərək onu tez bir zamanda geri qaytarmaq istəyirsinizsə, bu, telefon asılılığı demək deyil hələ. Vəziyyətə bağlı olaraq telefon həmin vaxt sizin üçün vacib ola bilər. Məsələ mütləq vacib olmadığı hallarda telefonsuz qala bilməyi nə qədər bacarmağınızdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri