Icma.az
close
up
RU
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər

Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətlərinin sürətli genişlənməsi maliyyə əməliyyatlarının daha rahat və operativ aparılmasına imkan yaradır. Lakin bu inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də daha aktual xarakter alır. Son dövrlərdə mobil ödəniş platformalarından biri ilə bağlı hesabların dondurulması və vəsaitlərin təhlükəsizliyi ətrafında yaranan müzakirələr rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirib.

Bəs bu hadisədən hansı dərslər çıxarılmalıdır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Kibercinayətkarların hədəfi çox vaxt orta və yaşlı nəsil nümayəndələri olur"

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti İlkin Əzməmmədov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, istifadəçi vəsaitlərinin qorunması prosesində təşkilatlarla yanaşı vətəndaşlar da aktiv iştirak etməlidirlər: "Bəzən kibercinayətkarlar vətəndaşları müxtəlif üsullarla şirnikləndirərək onların onlayn pul kisəsi məlumatlarından istifadə etməyə çalışırlar. Vətəndaşlar heç bir halda öz məlumatlarını və kabinet girişlərini başqaları ilə bölüşməməlidirlər. Orta və yaşlı nəsil nümayəndələrinin texnologiyadan daha az istifadə etməsini nəzərə alaraq, maliyyə təşkilatları onlayn ödənişləri istifadəçinin istəyi ilə aktivləşdirsələr, məsuliyyəti daha balanslı bölüşmüş olarlar. Maliyyə təşkilatları da tətbiqdaxili kiber gigiyena ilə bağlı maarifləndirmə təlimləri həyata keçirə bilər".

Mütəxəssis bildirir ki, kibercinayətkarların hədəfi çox vaxt orta və yaşlı nəsil nümayəndələri olur: "Bunun qarşısını almaq üçün texnologiyadan az istifadə edən vətəndaşların bank hesablarında onlayn ödəniş funksiyalarının standart olaraq bağlı olması daha təhlükəsiz hesab oluna bilər. Kibertəhlükəsizliyin qorunması ilə bağlı Mərkəzi Bankın tələbləri kifayət qədər sərtdir. Banklar da bu istiqamətdə təhlükəsizliyi təmin etmək üçün ciddi tədbirlər görürlər. Bir çox hallarda vəsait oğurluğu vətəndaş səhvləri səbəbindən baş verir. Məsələn, istifadəçilər öz məlumatlarını başqaları ilə bölüşə və ya telefonlarına lisenziyası sındırılmış mobil tətbiqlər yükləyə bilirlər. Bu kimi sındırılmış tətbiqlər çox vaxt istifadəçilərin telefonlarında olan maliyyə tətbiqlərini hədəf alır".

"Məsuliyyətin böyük hissəsi istifadəçilərin üzərinə düşür"

AKTA mütəxəssisi kibertəhlükəsizlik insidentlərini belə izah edir: "Məsələn, "Telegram" və ya "WhatsApp" üzərindən vətəndaşlara yazaraq müəyyən məbləğdə pul təklif edir və onların şəxsi kabinet məlumatlarından istifadə etməyə çalışırlar. Vətəndaş çox vaxt bilmir ki, onun şəxsi kabineti onlayn qumar oyunları və ya digər vətəndaşlardan oğurlanmış pulların xaricə köçürülməsi üçün istifadə oluna bilər. Digər bir misal olaraq, kibercinayətkarlar vətəndaşların yaxınlarının adından yazaraq borc kimi pul istəyirlər. Vətəndaş yaxınları ilə dəqiqləşdirmədən pul göndərərsə, vəsaiti oğurlana bilər. Başqa bir halda isə vətəndaş elan saytlarında elan yerləşdirir və kibercinayətkarlar ona link göndərərək kart məlumatlarını ələ keçirməyə çalışırlar. Vətəndaş məlumatlarını paylaşdıqda vəsaitləri oğurlana bilər. Hər bir şəxs bilməlidir ki, dövlət qurumlarının və ya maliyyə təşkilatlarının vətəndaşların şəxsi kabinet və ya kart məlumatlarına heç vaxt ehtiyacı olmur. Bəzən vətəndaşlar məlumat paylaşmadıqlarını desələr də, vəsait oğurluğu baş verə bilir. Bir çox hallarda telefonlar yoxlanıldıqda lisenziyası sındırılmış tətbiqlərə rast gəlinir. Bu tətbiqlər kibercinayətkarlar üçün arxa qapı rolunu oynaya və onların telefonlara daxil olaraq maliyyə tətbiqlərindəki vəsaitləri oğurlamasına şərait yarada bilər. Bəzi banklar root və ya jailbreak edilmiş telefonlarda öz tətbiqlərinin istifadəsini məhdudlaşdırır. Lakin lisenziyası sındırılmış tətbiqlərə qarşı bütün hallarda tam texniki müdafiə mümkün olmur və bu baxımdan məsuliyyətin böyük hissəsi istifadəçilərin üzərinə düşür".

"İnternet mühiti hələ də kəşf edilməmiş çoxsaylı boşluqlarla zəngindir"

Çıxış yoluna gəldikdə isə, mütəxəssis vurğulayır ki, platformalar xaricə pul köçürmələrini, onlayn ödənişləri və şəxsi kabinetlərə daxilolmaları izləmə kimi təhlükəsizlik tədbirləri tətbiq edə bilərlər: "Şübhəli hesab olunan əməliyyatlar avtomatik bloklanaraq yalnız vətəndaşın təsdiqindən sonra icra oluna bilər. Texnologiyadan daha az istifadə edən vətəndaşlar üçün isə xaricə onlayn ödəniş funksiyalarının standart olaraq deaktiv edilməsi əlavə təhlükəsizlik qatını təmin edə bilər. Texnologiya sürətlə inkişaf edir və bu inkişafla paralel olaraq yeni təhlükəsizlik boşluqları da yaranır. Kibertəhlükəsizlik sistemində ən zəif halqa çox vaxt insan faktoru hesab olunur. Milyonlarla manat həcmində kibertəhlükəsizlik investisiyası belə, bir insan səhvi nəticəsində risk altına düşə bilər".

İ.Əzməmmədov vurğuladı ki, hər təşkilat və vətəndaş səhvlərin təkrarlanmaması üçün mümkün tədbirləri görməyə çalışır. Lakin internet mühiti hələ də kəşf edilməmiş çoxsaylı boşluqlarla zəngindir: "Kibercinayətkarlar da məhz bu texnoloji boşluqları daim izləyir və yeni hücum üsulları axtarırlar. Texnoloji boşluqlardan istifadə etmək mümkün olmadıqda isə diqqət daha çox insanların məlumatlılıq səviyyəsinə yönəlir. Kibertəhlükəsizlik sahəsində əsas prinsip kibercinayətkarları qabaqlamaqdır. Tamamilə təhlükəsiz sistem mövcud olmasa da, risklərin minimuma endirilməsi üçün texnologiya, siyasət və insan faktorunun birlikdə inkişaf etdirilməsi vacibdir".

Texniki boşluqlar və sosial mühəndislik hücumları...

İnformasiya texnologiyaları üzrə sistem mühəndisi Araz Əhmədov bildirir ki, rəqəmsal pul kisələrində təhlükəsizlik çoxqatlı yanaşma ilə təmin olunmalıdır: "Bunun üçün "end-to-end" şifrələmə, iki və ya çoxfaktorlu autentifikasiya (2FA/MFA), tokenizasiya və süni intellekt əsaslı dələduzluq monitorinq sistemləri tətbiq edilir. Bu texnologiyalar məlumatların ötürülməsi, saxlanılması və qeyri-adi əməliyyatların aşkarlanması zamanı təhlükəsizliyi artırır".

Mütəxəssis qeyd edir ki, kibertəhlükəsizlik insidentləri əsasən texniki boşluqlar və sosial mühəndislik hücumları nəticəsində baş verir: "Fişinq və saxta saytlar vasitəsilə istifadəçi məlumatlarının ələ keçirilməsi buna nümunədir. Ən zəif həlqə çox zaman texnologiya deyil, istifadəçi diqqətsizliyidir. Platformalar təhlükəsizliyi artırmaq üçün mütəmadi audit, nüfuzetmə testləri və beynəlxalq təhlükəsizlik standartlarının tətbiqini gücləndirməlidir".

"Heç bir sistem 100% təhlükəsiz deyil"

Həmsöhbətimiz qeyd edir ki, rəqəmsal maliyyə sistemlərində etimad əsas amillərdəndir: "Etimadın qazanılması uzun, itirilməsi isə çox qısa müddətdə baş verə bilər. Buna görə platformalar və istifadəçilər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Heç bir sistemin 100% təhlükəsiz olmadığı nəzərə alınaraq, təşkilatlar potensial kibertəhlükələrə qarşı əvvəlcədən hazırlıqlı olmalı və cavab planları hazırlamalıdır. Vətəndaşlara isə maliyyə vəsaitlərini bir platformada saxlamamaq və riskləri azaltmaq üçün vəsaitləri müxtəlif kanallarda bölüşdürmək tövsiyə olunur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri