Icma.az
close
up
RU
“Telegram”dan istifadə edənlərin nəzərinə

“Telegram”dan istifadə edənlərin nəzərinə

Icma.az, Metbuat saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, “Telegram" platforması üzərindən yeni dələduzluq halları müşahidə olunmaqdadır. Bəs vətəndaşlar “Telegram” üzərindən kibertəhlükəyə məruz qaldıqlarını necə müəyyən edə bilərlər?

İKT üzrə ekspert Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, rəqəmsal təhlükəsizlikdə əsas məsuliyyət istifadəçidədir:

“Sosial şəbəkələr üzərindən həyata keçirilən kiber hücumlarda bir neçə hücum vektoru üzrə müşahidələr aparılır və fəaliyyətlər öz əksini tapır. Birinci, çalışırlar ki, hesabın özünü ələ keçirsinlər və həmin hesab vasitəsi ilə kontaktlara müraciət etsinlər və ya orada olan həssas məlumatları ələ keçirsinlər. Digər bir məsələdə, misal üçün, saxta saytlar göndərilir, yönləndirmələr edilir, müxtəlif dövlət qurumlarının adından və ya təşkilatların nüfuzlu şəxslərinin adından özlərini ifadə edirlər. Bu cür hallarda ayıq-sayıq olmaq və saxta saytla legitim saytın fərqini ayırmaq istifadəçinin üzərinə düşür. Bu, rəqəmsal savadlığa bağlıdır. Yəni, rəqəmsal savadlıq olmasa, əlbəttə ki, istifadəçi fərqi ayıra bilməyəcək. Misal üçün, Azərpoçtun adından məktublar gəlirdi ki, ünvanın dəyişdirilməsi və ya yenidən qeyd edilməsi tələbi yaranıb və keçid edərək ünvanı və kart məlumatlarını yenidən qeyd etmək lazımdır. Bunu saxta olduğunu ayırd etmək vətəndaşın üzərinə düşür. Çünki qurumlar və təşkilatlar özləri kifayət qədər sosial şəbəkələr üzərindən rəsmi təbliğat aparırlar”.

Ekspert bildirib ki, istifadəçilər sosial şəbəkələrdəki saxta linkləri və kampaniyaları rəsmi mənbələr vasitəsilə yoxlamalıdır:

“Rəsmi saytlara keçid edərək orada xəbərlər, elanlar, kampaniyalar və endirimlər bölmələrində həmin məlumatları təkrar yoxlamaq olar. Göndərilən linkə keçid edib, hər hansı bir kampaniyada iştirak etməzdən əvvəl rəsmi saytda da bu öz əksini tapıb-tapmadığını yoxlamaq lazımdır. Digər sosial şəbəkələrdə də paylaşımlar edilib-edilmədiyini nəzərdən keçirmək vacibdir. Sonra həmin təşkilatın və ya qurumun çağrı mərkəzinə zəng edərək stasionar telefon vasitəsilə dəqiqləşdirmək olar ki, belə bir kampaniya və ya istəklə bağlı mesaj həqiqətən də sizin qurumdan gəlibmi? Belə bir neçə yoxlayıcı sual vasitəsilə istifadəçi əməliyyat etməzdən əvvəl linkin və keçid edəcəyi saytın legitimliyinə əmin ola bilər”.

Ülkər Cəlilzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri