Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib.
Lent iki bölməyə ayrılacaq: "Əlavə edilmiş" və "Sizin üçün". Birinci bölmə istifadəçilərin özləri tərəfindən seçilmiş məzmundan, ikinci bölmə isə tövsiyələrdən ibarət olacaq.
Məlumata görə, lentə axtarış funksiyası, yeni paylaşımlar üçün sayğac, yeniləmək məqsədilə aşağı çəkmə imkanı və oxunma statusu göstəriciləri daxil ediləcək. Həmçinin qeyd edilir ki, lentdən birbaşa konkret paylaşıma, kanala və ya söhbətə keçid etmək mümkün olacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 Oktyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















