Icma.az
close
up
RU
“Teleradio”nun kommersiya şirkətlərinə birləşdirilməsi milli informasiya təhlükəsizliyi baxımından suallar doğurur İLQAR ƏLİYEV

“Teleradio”nun kommersiya şirkətlərinə birləşdirilməsi milli informasiya təhlükəsizliyi baxımından suallar doğurur İLQAR ƏLİYEV

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Hazırda AZCON-nun tərkibində olan “Teleradio” İstehsalat Birliyinin Azercell-in tabeçiliyinə veriləcəyi barədə xəbər vermişdik.

Gununsesi.info olaraq , bu xəbəri təqdim edərkən dövlətin strateji obyektləri siyahısında olan “Teleradio”nun  Azercell-ə verilməsinin  riskli və yanlış  olduğunu da vurğulamışdıq.

Teleradio sahəsi üzrə mütəxəssiz İlqar Əliyev Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.

“Sovetlər dağılandan sonra Azərbaycanda yeganə strateji yayım Dövlət qurumu olan Teleradio İstehsalat Birliyinin yeni tikilən Bakı Teleqüllə kompleksində mənimlə birlikdə olan nütəxəssislər güclü TV vericiləri quraşdırıb istismara vermişik və o zamandan da Teleradio İB-yə işə göturülüb işləmişəm və Televiziya və Radio yayımın əhatə dairəsinin genişlənməsinqə, əhalinin fasiləsiz TV və Radio proqramlarının təmin olunmasında digər çoxlu sayda mütəxəssislərlə yanaşı mənim də lazımi səviyyədə əməyim olub və bu səbəbdən söz demək haqqım var.

Hesab edirəm ki, 1956-cı ilin 14 fevralından bəri televiziya və radio yayımı sahəsində fəaliyyət göstərən və milli informasiya mühitimizin ayrılmaz hissəsinə çevrilmiş “Teleradio İstehsalat Birliyi” ölkəmiz üçün strateji dövlət əhəmiyyətli bir qurumdur. Bu qurum uzun illər ərzində yalnız texniki xidmət funksiyası daşımamış, həm də milli təhlükəsizlik, informasiya müstəqilliyi və ictimaiyyətin operativ məlumatlandırılması baxımından mühüm rol oynamışdır.

Belə bir qurumun gələcək taleyi ilə bağlı hər hansı qərar qəbul olunarkən, orada uzun illər peşəkarlıqla fəaliyyət göstərmiş mütəxəssislərin rəyi nəzərə alınmalı, ictimaiyyətin məlumatlandırılması təmin edilməlidir. Dövlət əhəmiyyətli bu tip strukturların kommersiya xarakterli müəssisələrə, xüsusilə mobil operatorlara birləşdirilməsi məsələsi yalnız geniş ictimai müzakirələr, mütəxəssislərin rəyləri və dövlətin strateji maraqları əsasında həll oluna bilər”.

İlqar Əliyev hesab edir ki, televiziya və radio yayımı infrastrukturunun kommersiya maraqlarına tabe etdirilməsi milli informasiya təhlükəsizliyi baxımından da suallar doğurur. “Bu səbəbdən, Teleradio müəssisəsinin gələcək fəaliyyəti ilə bağlı istənilən qərar tam şəffaf şəkildə ictimaiyyətə açıqlanmalı, peşəkarların rəyinə və dövlətin strateji maraqlarına əsaslanmalıdır.

Bu, təkcə bir müəssisənin deyil, bütövlükdə milli informasiya məkanının gələcəyi ilə bağlı məsələdir və cəmiyyətin diqqətindən kənarda qala bilməz”.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri