Icma.az
close
up
RU
Televizor bizi dinləyir?

Televizor bizi dinləyir?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnternetə qoşulmuş smart televizorlar sizin baxış vərdişlərinizi izləmək və məlumat toplamaq potensialına malikdir. Amma kibertəhlükəsizlik ekspertlərinin məsləhəti ilə siz bu funksiyalara nəzarət edə və məxfiliyinizi qoruya bilərsiniz.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ağıllı televizorlar internetə çıxış, daxili kameralar və mikrofonlar kimi xüsusiyyətlər təklif etməklə əyləncə təcrübəmizi zənginləşdirir.

Bununla belə, bu qurğular çoxlu sayda şəxsi məlumat toplayır və onların daimi internet bağlantısı kiberhücum riski yaradır.

Bu, "Televizorum məni dinləyirmi?" sualını doğurur.

Ən pis halda, pis niyyətli şəxslər kanalları dəyişdirmək, uşaqlara uyğun olmayan məzmun göstərmək üçün televizorunuz vaistəsilə sizi izləyə bilərlər. 

Mütəxəssislər xəbərdarlıq edir ki, bu giriş hətta evinizdəki digər ağıllı cihazlara arxa qapı kimi də istifadə edilə bilər. Bununla belə, bu risklərə qarşı ala biləcəyiniz sadə və təsirli tədbirlər var. 

Ağıllı televizorunuzla bağlı məxfilik riskləri 2 əsas mənbədən qaynaqlanır: xarici kiberhücumlar və televizor istehsalçısı, proqram tərtibatçılarının özləri.

Kibertəhlükəsizlik üzrə ekspertlər bildirir ki, ağıllı televizorlarla bağlı ən əhəmiyyətli risk "məlumatdan sui-istifadə"dir. Çünki bu cihazlar və onların "Netflix" və "YouTube" kimi proqramları istifadəçi haqqında geniş məlumat toplayır. Bu məlumatlar təkcə televizorun özündə deyil, həm də istehsalçının serverlərinə göndərildikdə və kütləvi məlumat bazasında saxlanıldıqda risk altındadır. Bu, onu hakerlər üçün dəyərli hədəfə çevirir.

Məlumata görə, televizorunuzun hansı funksiyalara (kamera, mikrofon və s.) malik olduğunu və onlara necə nəzarət edəcəyinizi öyrənmək üçün cihazın model nömrəsini onlayn axtarmalısınız. Təhlükəsizlik parametrlərinə etibar etməmək, mümkünsə parolları dəyişdirmək, mikrofonları, kameraları və digər şəxsi məlumat toplamanı necə söndürməyi öyrənmək də çox vacibdir.

Əgər siz kameranı menyudan söndürə bilmirsinizsə, üzərinə qara lent yapışdırmaq kimi sadə, lakin effektiv həll yolu tətbiq edə bilərsiniz. Ağıllı televizorların baxış vərdişlərinizi izləmək üçün istifadə etdiyi əsas texnologiya Avtomatik Məzmun Tanınmasıdır (ACR). Bu funksiyanı söndürmək məxfiliyinizi qorumaq üçün atacağınız ən vacib addımdır.

Siz adətən bu funksiyaları "Parametrlər" menyusunda "Məxfilik", "Ümumi", "Şərtlər və Siyasətlər" və ya "Məlumatlara Baxış" kimi başlıqlar altında tapa bilərsiniz. "Avtomatik Məzmun Tanınması", "Baxış Xidmətləri", "Live TV Plus" və ya "İnteraktiv TV Xidmətləri" kimi seçimləri axtarın və onları söndürün. Həmçinin unutmayın ki, smart televizorunuz kompüterdir və zərərli proqramlardan qorunmalıdır.

Bütün bunlarla yanaşı, smart TV-dən istifadə etməkdən tamamilə qorxmağa ehtiyac yoxdur. Bu sadə addımları atmaqla və cihazınızın parametrlərinə diqqət yetirməklə təhlükəsizliyinizi və məxfiliyinizi qoruya bilərsiniz. 
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri