Icma.az
close
up
RU
“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” Video

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Görədil bağ massivində yerləşən fərdi yaşayış evinin xəbərdarlıq edilmədən qanunsuz söküldüyünü iddia edib.

“Qafqazinfo” xəbər verir ki, şikayətçi baş verən hadisəyə görə Binəqədi Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məsul hesab edir.

“Mənim mülkümü qanunsuz olaraq, məhkəmə qərarı olmadan söküblər. Həmin vaxt Bakıda deyildim, taktiki təlimdəydim, gəlib gördüm ki, evimi vurub dağıdırlar”, – deyə o, söyləyib.

B. Alışovun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən ona ərazinin Bakı şəhərinin 2040-cı ilin Baş Planına uyğun olaraq ictimai-iaşə obyektləri üçün nəzərdə tutulduğu bildirilib:

“Mənim torpağımın çıxarışı var və “Bir pəncərə” sisteminə sənədlərimi yerləşdirsəm də, imtina gəldi. Bunun səbəbini soruşanda isə deyirlər ki, 2040-cı ilin Baş Planına uyğun olaraq burada iaşə obyektləri nəzərdə tutulub. Mən də götürdüm imtina cavabını “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nə göndərdim ki, Baş nazirin 2023-cü ildə qərarı var və siz mənə 2024-cü ildə çıxarış vermisiniz”.

Mülkiyyət toxunulmazlığı hüququna istinad edən şikayətçi heç bir qurumun onun evinə müdaxilə etmək səlahiyyətinin olmadığını, hüquqlarını qorumaq üçün iddia qaldırdığı məhkəmə prosesində də qalib gəldiyini vurğulayıb. O, rəsmi qurumların söküntü işlərində iştirak etmədiklərini bəyan etmələrinə baxmayaraq, ərazidə texnikaların, maşın nömrələrinin və işi icra edən şəxslərin görüntülərinin mövcud olduğunu diqqətə çatdırıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda fərdi yaşayış evinin layihələndirilməsi və tikinti məsələsinə baxılıb:

“Vətəndaş Bəhruz Alışova Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrinin tələbləri, həmçinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında həmin ərazinin ictimai işgüzar zona kimi müəyyən edildiyi izah olunub. Bununla əlaqədar, B. Alışova layihə və torpaq sahəsinə dair sənədlərlə aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilməsi bildirilib”.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ərazi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən, çoxfunksiyalı ictimai-işgüzar zonaya düşür. Bu səbəbdən həmin ünvanda fərdi yaşayış evinin tikilməsi məqsədəuyğun hesab olunmayıb:

“Həmçinin Bəhruz Alışovun müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır. Bəhruz Alışov Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilərək şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ona ətraflı izah edilib”.

Daha ətraflı “Baku TV”nin materialında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Avqust 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri