Icma.az
close
up
RU
Təmayül siniflərində iki mühüm YENİLİK

Təmayül siniflərində iki mühüm YENİLİK

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Yeni təmayül tədris modelinin iki əsas yeniliyi var: birincisi, bütün fənlər üzrə əsas anlayış və təməl mövzular əvvəldən başlayaraq yenidən tədris olunacaq. Məqsəd şagirdlərin biliklərində yaranmış boşluqları aradan qaldırmaq və onların mövzuları daha dərindən mənimsəmələrinə nail olmaqdır. Təhsilalanlar 10-cu sinifdə buraxılış və təmayül fənlərini  yenidən sistemli şəkildə öyrənəcəklər.

Modern.az xəbər verir ki, bu fikirləri AzEdu.az-a geniş müsahibə verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini (MÜTDA) Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, şagirdlərin əvvəlki siniflərdə öyrənmə fəallığı müxtəlif ola bilər və bu səbəbdən sinifdə  bilik səviyyələri fərqlənir.

"Hamının mövzuları daha rahat mənimsəməsi üçün bütün fənlərin əsas anlayışları yenidən tədris ediləcək. Təbii ki, bu proses daha intensiv tempdə həyata keçiriləcək. Adətən 5-6- il ərzində mənimsənilən biliklərin iki ildə tədris olunması nəzərdə tutulur. Bunun üçün isə profil fənlərinə daha çox tədris saatının ayrılması vacibdir.

İkinci mühüm yenilik isə müəllim seçimi ilə bağlıdır. Təmayül siniflərində yalnız xüsusi seçim mərhələsindən uğurla keçmiş müəllimlər fəaliyyət göstərəcəklər. Əgər əvvəllər təmayül siniflərində müxtəlif nailiyyət göstəricilərinə malik müəllimlər dərs deyirdilərsə, yeni modeldə müəllimlərin həm fənn bilikləri, həm də metodiki bacarıqları xüsusi qiymətləndiriləcək".

MÜTDA rəsmisi vurğulayıb ki, bu məktəblərdə fəaliyyət göstərmək üçün məktəbin yerləşdiyi şəhərdə, qəsəbədə çalışan bütün müəllimlər müraciət edə bilərlər:

"İlkin seçim üçün 2 sadə tələb var. Onlardan biri minimum üçillik pedaqoji stajın olmasıdır. İkincisi, sertifikatlaşdırma balının 51+ olmasıdır. Bu  tələblərə cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə zamanı müəllimlərdən dərs nümunəsi də xahiş oluna bilər. Çünki vacib olan yalnız müəllimin fənni dərindən bilməsi deyil, eyni zamanda, onu şagirdlərə yetərincə öyrətməyi bacarmasıdır. Öyrətməyi bacarmaqla yanaşı müəllimin şagirddə müstəqil öyrənmə bacarıqları inkişaf etdirə bilməsi də vacibdir. Müəllimin metodiki bacarıqları və pedaqoji səriştəsi hər bir fənn üzrə mütəxəssislərdən ibarət komissiya tərəfindən qiymətləndiriləcək", - deyə V.Yaqublu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri