Icma.az
close
up
RU
Təmayül siniflərində hər ay sınaq imtahanı keçirilməlidir? Ekspertlərdən AÇIQLAMA

Təmayül siniflərində hər ay sınaq imtahanı keçirilməlidir? Ekspertlərdən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, Azərbaycanda təmayül tədris metoduna keçid həyata keçirilir və bu model çərçivəsində şagirdlərin seçdikləri istiqamət üzrə daha dərin və məqsədyönlü hazırlığının təmin edilməsi nəzərdə tutulur.

Təmayül siniflərində şagirdlərin buraxılış və qəbul imtahanlarına hazırlığının daha sistemli şəkildə aparılması məqsədilə hər ay buraxılış və qəbul imtahanı formatına uyğun sınaq imtahanlarının keçirilməsi nə dərəcədə məqsədəuyğundur? Belə sınaqların mütəmadi keçirilməsi şagirdlərin real imtahan mühitinə psixoloji və akademik baxımdan hazırlanmasına, vaxtdan düzgün istifadəyə və imtahan strategiyasının formalaşmasına nə dərəcədə təsir göstərə bilər?

Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Azərbaycan Respublikasının ümumi təhsil sistemində təmayül tədris metoduna keçid, təhsilin fundamental strukturunu dəyişərək onu daha hədəf yönümlü və differensiallaşdırılmış formaya salmışdır:

"Bu kontekstdə, təmayül siniflərində hər ay buraxılış və qəbul tipli sınaq imtahanlarının tətbiqinin məqsədəuyğunluğu, onun həm pedaqoji səmərəliliyi, həm də şagirdlərin idrak inkişafı və mənəvi-psixoloji vəziyyəti baxımından dərindən əsaslandırılmalıdır. Müasir təhsil kurikulumlarında sınaq imtahanları sadəcə yekun nəticəni ölçən alət deyil, təlim prosesini tənzimləyən diaqnostik və formativ mexanizm kimi qəbul edilir".

Müsahibimizin sözlərinə görə, bu yanaşma çərçivəsində aylıq sınaqlar şagirdin materialı mənimsəmə vəziyyətini mikrosəviyyədə izləməyə imkan verir ki, bu da pedaqogikada əks-əlaqə dövrəsi adlanır:

"Sistemli səhvlər vaxtında aşkarlanır, növbəti ayın planlamasında korreksiya edilir və beləcə ardıcıl monitorinq xarakterli qiymətləndirmələr teleqrafik şagirdlərdə özünüqiymətləndirmə ilə öz səhvlərini təhlil etmək vərdişlərini formalaşdıraraq dərindən düşünmə qabiliyyətini təmin edir. Eyni zamanda, böyükmiqyaslı mərkəzləşdirilmiş imtahanların şagirdlər üzərində yaratdığı yüksək psixoloji təzyiq fonunda hər ay eyni imtahan qaydaları, cavab kartları və vaxt məhdudiyyəti ilə təmasda olan şagird fərqində olmadan imtahan mühitinə tam öyrəşir. Bu kimi vərdişlər sayəsində şagirdlərin real imtahandakı stress və həyəcanı kəskin şəkildə azalır, onlar vaxtı düzgün idarə etməyi və zehni enerjilərini suallar arasında düzgün bölüşdürməyi öyrənirlər. Təmayül təhsilinin mahiyyətinə uyğun olaraq, bu sınaqlar şagirdləri lazımsız fənn yükündən azad edir, diqqəti yalnız seçilmiş sahəyə yönəldir və sinifdə sağlam rəqabət mühiti yaradır".

İ.Orucov qeyd etdi ki, bu sistemin mənfi tərəfləri də ola bilər:

"Əgər dərslər yalnız test tapşırıqlarının həllinə yönələrsə, təhsilin keyfiyyəti aşağı düşəcək. Belə ki, şagirdlərin tənqidi düşünmə və yaradıcılıq qabiliyyətləri arxa plana keçə bilər. Hər ay keçirilən gərgin imtahanlar uşaqlarda zehni yorğunluğa, ruh düşgünlüyünə və oxumaq həvəsinin itməsinə səbəb ola bilər. Üstəlik, sınaq sualları rəsmi qəbul proqramının çətinlik səviyyəsinə və standartlarına tam uyğun gəlməzsə, şagirdlərin səviyyəsi səhv qiymətləndirilər və bu da böyük vaxt itkisinə yol açar. Buna görə də aylıq sınaqların faydalı olması üçün məktəb rəhbərliyi müəyyən qaydalara əməl etməlidir. İmtahandan sonrakı günlər mütləq səhvlərin təhlilinə ayrılmalıdır, çünki bu sınaqlar cəza vermək üçün deyil, çatışmazlıqları düzəltmək üçündür. Həmçinin, bütün sınaqlar sadəcə qapalı testlərdən ibarət olmamalı, müəyyən aylarda yazı bacarıqlarını inkişaf etdirən situasiya və esse tipli tapşırıqlara da yer verilməlidir. Yekunda imtahan nəticələri məktəb psixoloqları tərəfindən izlənilməli, qiymətləri aşağı düşən və stress keçirən şagirdlərə fərdi dəstək göstərilməlidir. Yalnız bu şərtlər daxilində keçirilən aylıq sınaqlar şagirdlərin buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərməsinə ciddi kömək edəcəkdir".

Əməkdar müəllim Sona Əliyevanın fikrincə isə təmayül siniflərində hər ay sınaq imtahanının keçirilməsi məqsədəuyğundur:

"Bu, şagirdin hazırlıq dinamikasını izləməyə, mövzu və bacarıq boşluqlarını vaxtında müəyyənləşdirməyə, imtahan formatına və vaxt bölgüsünə alışmağa imkan verir. Amma sınağın faydası onun keçirilmə tezliyindən çox, nəticələrin necə təhlil olunmasından asılıdır. Şagird sadəcə balını bilməklə kifayətlənməməli, səhvlərinin səbəbini anlamalı, müəllim isə növbəti tədris prosesini həmin nəticələrə uyğun dəyişməlidir. Digər tərəfdən, tədrisi yalnız test nəticəsinə kökləmək də doğru deyil. Bu zaman uşağın dərin bilik, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafı ikinci plana keçə, davamlı imtahan mühiti isə bəzi şagirdlərdə əlavə psixoloji gərginlik yarada bilər".

Həmsöhbətimiz qeyd etdi ki, təmayül təhsilinin məqsədi uşağı daha çox test həll etməyə deyil, seçdiyi istiqamət üzrə daha yaxşı düşünən və daha yaxşı tətbiq edən şagirdə çevirməkdir:

"Ona görə də mən aylıq sınağın özündən daha çox, aylıq nəticə təhlilini vacib hesab edirəm. İmtahan şagirdin harada olduğunu göstərir, düzgün təhlil isə həm şagirdə, həm müəllimə nəyi dəyişmək lazım olduğunu göstərir", - deyə S.Əliyeva yekunlaşdırdı.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri