Icma.az
close
up
RU
“Təməl” mükafatının qalibləri açıqlanıb SİYAHI VİDEO

“Təməl” mükafatının qalibləri açıqlanıb SİYAHI VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 fevral, Göyçək Mahmudlu, Rabil Kətanov, foto Tofiq Babayev, video Şövqi Əzizov, AZƏRTAC

Fevralın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi növbəti “Təməl” memarlıq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, özəl sektor nümayəndələri, memar və şəhərsalma mütəxəssisləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov artıq ənənəyə çevrilmiş “Təməl” memarlıq mükafatının peşəkarlığın, innovativ düşüncənin və məsuliyyətli memarlıq yanaşmasının rəmzinə çevrildiyini bildirib. O, budəfəki müsabiqənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illik yubileyi və “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etdiyinə diqqət çəkərək, bu sahənin dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş həmin strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bu siyasətin əsas mahiyyəti şəhərlərin planlı inkişafını təmin etməklə yanaşı, insan amilini, sosial rifahı və ərazi balansını ön plana çəkməkdən ibarətdir”, - deyən N.Hümmətov qeyd edib ki, məhz bu ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq 20 il ərzində Komitə tərəfindən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Baş planların hazırlanması və təsdiqi, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu günədək ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiqlənib, digər şəhərlərin planları üzrə işlər davam etdirilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur regionunda yeni yaşayış məntəqələrinin salınması, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan müasir məkan modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan da bəhs edən Komitə sədrinin birinci müavini bu il mayın 17-dən 22-dək Bakının 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsini Azərbaycanın şəhərsalma siyasətinin qlobal səviyyədə tanınması ilə əlaqələndirib.

Tədbirdə daha sonra Komitə sədrinin müavini, münsiflər heyətinin sədri İlqar İsbatov və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək mükafatın memarlıq ənənələrinin qorunması, innovativ yanaşmaların təşviqi və keyfiyyətli şəhər mühitinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, “İlin ən yaxşı memarlıq layihəsi” mükafatı 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilib. Ötən ildən etibarən “Təməl” memarlıq mükafatı adı altında həyata keçirilən təşəbbüsün əsas məqsədi il ərzində ərsəyə gətirilən layihələrin peşəkar meyarlar əsasında qiymətləndirilməsi, memarlıq sənətinin inkişafı və yaşayış məntəqələrində şəhərsalma mühitinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Mərasimin davamında müsabiqə üzrə nəticələr elan olunub. Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə altı nominasiyada qalib olan 15 layihə müəllifləri “Təməl” mükafatı və diplomlar ilə təltif ediliblər. Həmçinin gənc memar Nurlan Tahirli Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə xüsusi mükafata layiq görülüb.

Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə altı nominasiyada qalib elan olunan layihələr aşağıdakılardır:

“Binaların bərpası və yenidən qurulması” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – Sadıqcanın evi layihəsi (müəllif: Pietro Laureano).

II dərəcəli diplom:

Üzeyir Hacıbəylinin ev-muzeyi layihəsi (müəllif: Ali Emrah Ünlü).

“Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – Laçın kanat yolu layihəsi (müəlliflər: Tomas Kovari, Əyyub Mirzəyev).

II dərəcəli diplomlar:

Hacıqabul rayonu ərazisində Data Mərkəzinin layihəsi (müəllif: “Nitel Teknoloyi ve Mühendislik A.Ş” şirkəti).

Cəbrayıl rayonu, Soltanlı dəmir yolu stansiyasının layihəsi (müəlliflər: Elnur Vəliyev, Fidan İsbatova, Gülnarə Məmmədova, Mehparə Əzizzadə).

“İctimai binaların memarlığı” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – Dövlət Gömrük Komitəsinin inzibati binasının layihəsi (müəlliflər: Nəriman İmaməliyev, Nigar Hüseynova, Hidayət Mərdanov, Nicat Nəsibov).

II dərəcəli diplomlar:

“Təzə Bazar” ticarət kompleksinin layihəsi (müəlliflər: Karlis Saltups, Ardit Elezi).

Füzuli rayon Mərkəzi Xəstəxanasının layihəsi (müəllif: “Chapman Taylor LLP” şirkəti).

“Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – Ağdam İşğal və Zəfər Muzeyi layihəsi (müəlliflər: Fabrizio Konti, Alessandro Bianki, Valentina Fiore Linares, Massimiliano Çelani, Çintsia Grana, Paola Lombardi, Fizuli Əliyev, Əli Məmmədov, Yaşar Zeynallı).

II dərəcəli diplom:

Xocavənd rayonu, Hadrut qəsəbəsində məscid layihəsi (müəlliflər: Elçin Əliyev, Selcan Cəbrayılova).

“İctimai məkanlar və landşaft memarlığı” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – İtaliya-Azərbaycan Universitetinin ətrafındakı park layihəsi (müəlliflər: Fizuli Əliyev, Elvin Məmmədov, Əli Məmmədov, Fidan Quliyeva).

II dərəcəli diplom:

İslam Səfərli küçəsinin abadlaşdırılması layihəsi (müəllif: Mansur Bukani).

“Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə:

“Təməl” mükafatının laureatı – Cəbrayıl rayonu, Horovlu kəndinin yenidən qurulması layihəsi (müəlliflər: Elnur Vəliyev, Fidan İsbatova, Ağa Xalıqzadə, Nihad Haqverdiyev).

II dərəcəli diplomlar:

Cəbrayıl rayonu, Soltanlı kəndinin yenidən qurulması layihəsi (müəlliflər: Fərhad Qarayev, Aytən Abdullayeva).

“Nakhchivan Residence” yaşayış binalarının layihəsi (müəllif: “Chapman Taylor LLP” şirkəti).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Fevral 2026 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri