Icma.az
close
up
RU
“Təmizlənmiş ərazilərdə belə mina aşkarlanır” Polkovnik

“Təmizlənmiş ərazilərdə belə mina aşkarlanır” Polkovnik

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Qarabağ və ətraf ərazilərdə mina təhlükəsi yenidən aktuallaşıb. İşğaldan azad edilmiş torpaqlarda yerləşdirilmiş minalar həm hərbçilər, həm də mülki şəxslər üçün ciddi təhlükə yaratmağa davam edir. Təkcə bu həftə baş verən hadisələr göstərir ki, minatəmizləmə prosesi hələ uzun müddət davam etməli, bu sahəyə daha ciddi diqqət ayrılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az saytına açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, minaya düşmə halları davam edir və görünür ki, davam edəcək:

"Çünki Qarabağda və bir zamanlar işğal altında olan ətraf ərazilərdə hələ də çoxlu mina var. Həm piyadalar, həm də tank əleyhinə minalar mövcuddur. Bu minalar vaxtilə rus-erməni iş birliyi ilə yerləşdirilib və bu gün də həm mülki şəxslərin, həm də hərbi qulluqçuların həyatına təhlükə yaradır.

Elə dünən bir hərbi qulluqçumuzun minaya düşməsi xəbərini oxuyanda çox pis oldum. Bu, nə birinci, nə də sonuncu hadisədir. Məhz bu gün Müdafiə Nazirliyi məlumat yaydı ki, dünən axşam saatlarında Kəlbəcərdə hərbi avtomobil düşmən tərəfindən basdırılmış minaya düşüb və nəticədə dörd hərbi qulluqçumuz xəsarət alıb. Onlar tibb müəssisəsinə təxliyə olunublar. Həyatları təhlükədə olmasa da, bu, hərbi qulluqçunun sıradan çıxması deməkdir. Allah daha ağır faciələrin qarşısını alsın".

Polkovnik vurğuladı ki, mina qurbanlarının sayı artıq 400-ü keçib:

"İndiyə qədər çoxlu sayda hərbi qulluqçumuz və mülki vətəndaşlarımız minadan zərər çəkib. Təəssüf ki, bu təhlükə hələ uzun illər bizim baş ağrımız olacaq. Komandirlər və bütün aidiyyəti şəxslər bu məsələdə son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Hazırda minatəmizləmə prosesi aparılır, amma məsələ ondadır ki, bəzi ərazilər uzun müddət istifadə olunub və bu torpaqlarda dərinliklərdə gizlənmiş minalar var. Torpaq oturduqca həmin minalar aktiv hala gəlir. Mən ötən aylarda belə bir faktı ictimailəşdirmişdim: Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti əvvəlcədən təmizlənmiş və istifadə olunan ərazidə aparılan əlavə yoxlama zamanı yenidən mina aşkarlamışdı.

Ona görə də minaya düşmə halları hələ bitməyib və yaxın gələcəkdə də baş verə bilər. Bu vəziyyətdən çıxış yolu kimi minatəmizləmə prosesi həm sürətləndirilməli, həm də daha dərindən və sistemli şəkildə həyata keçirilməlidir. Ən müasir avadanlıqlar alınmalı, qabaqcıl metodlardan istifadə olunmalıdır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Çünki artıq insanlar həmin ərazilərə köçür və onların təhlükəli sahələr barədə məlumatlı olması vacibdir. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, polis əməkdaşları və digər aidiyyəti qurumlar bu sahədə xüsusi qayğı və məsuliyyətlə çalışmalıdırlar ki, insanlar minalardan əziyyət çəkməsinlər".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri