Icma.az
close
up
RU
TEMU AZƏRBAYCANDA BAĞLANACAQ? Onlayn alış veriş edənlərə MÜHÜM XƏBƏR

TEMU AZƏRBAYCANDA BAĞLANACAQ? Onlayn alış veriş edənlərə MÜHÜM XƏBƏR

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda son illər geniş istifadə olunan beynəlxalq onlayn alış-veriş platforması "Temu" ilə bağlı rəqabət qanunvericiliyinin pozulması iddiaları gündəmə gəlib. Dövlət qurumunun apardığı araşdırma xarici elektron ticarət platformalarının ölkə bazarındakı fəaliyyəti, yerli sahibkarlarla rəqabət imkanları və istehlakçı hüquqlarının qorunması məsələsini yenidən aktuallaşdırıb. 

Bəs bu proses "Temu"-nun Azərbaycandakı fəaliyyətinə hansı təsirləri göstərə bilər? Platformanın fəaliyyətinin məhdudlaşdırılması və ya tamamilə bağlanması ehtimalı varmı? Mümkün qərarlar onlayn sifarişlərin qiymətinə, çatdırılma şərtlərinə və istehlakçıların seçim imkanlarına necə təsir edəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, son dövrlər transsərhəd elektron ticarət platformalarının, xüsusilə də "Temu"-nun fəaliyyəti və yerli bazara təsiri ətrafında müzakirələr intensivləşib: "Platformanın tamamilə bağlanmasının gündəmdə olduğu real görünməsə də, müəyyən tənzimləyici və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqi ehtimalı istisna olunmur. Lakin bu məsələ birmənalı deyil və həm iqtisadi, həm də hüquqi baxımdan kompleks yanaşma tələb edir. Məsələnin kökündə fərqli vergi və gömrük rejimləri dayanır. Temu kimi beynəlxalq platformalar birbaşa istehsalçıdan alıcıya yönələn model və mövcud transsərhəd ticarət qaydaları çərçivəsində fəaliyyət göstərdiyi üçün məhsulları yerli satıcılarla müqayisədə daha aşağı qiymətə təklif edə bilir. Dövlət qurumlarının və rəqabətə nəzarət orqanlarının məsələyə əsas yanaşma nöqtəsi də məhz budur. Bazardakı mövcud qiymətlərdən xeyli aşağı satışın sağlam və bərabər rəqabət mühitinə zidd olub-olmadığını müəyyənləşdirmək istəyirlər. Bununla belə, qiymətin aşağı olması öz-özlüyündə rəqabət pozuntusu demək deyil. İqtisadi baxımdan qiymət fərqini qiymətləndirərkən tərəflərin hansı şərtlər altında fəaliyyət göstərdiyinə baxmaq vacibdir. Yerli pərakəndə satıcılar icarə, əməkhaqqı, yerli vergilər, idxal rüsumları və sertifikatlaşdırma xərcləri ilə üzləşdiyi halda, qlobal onlayn platforma tamamilə fərqli xərc strukturu və logistika modeli ilə işləyir. Tərəflər eyni şəraitdə və eyni meydançada fəaliyyət göstərmirsə, sadəcə aşağı qiymətə görə birbaşa "bazar pozuntusu" diaqnozu qoymaq mübahisəli yanaşmadır".

Ekspertin sözlərinə görə, digər tərəfdən, dövlətin prosesə sərt inzibati və ya maliyyə mexanizmləri ilə müdaxilə etməsi arzuolunmaz nəticələr doğura bilər: "Məhdudiyyətlərin sərtləşdirilməsi və ya əlavə baryerlərin yaradılması həmin məhsulların qiymətinin süni şəkildə artmasına gətirib çıxaracaq. Bu isə nəticə etibarilə yerli bazar iştirakçılarını qorumaq naminə istehlakçının seçim imkanlarının daralması və xərclərinin artması deməkdir. Ona görə də əsas hədəf qadağalar deyil, həm istehlakçı rifahını qoruyan, həm də bazar şərtlərini balanslaşdıran rasional tənzimləmə mexanizmləri tapmaq olmalıdır".

Saytımıza açıqlamasında beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, "Temu" ilə bağlı başlanan araşdırma ətrafında müzakirələrdə çox vacib bir iqtisadi məqam diqqətdən kənarda qalır: ""Temu"-da satılan məhsulların böyük hissəsi dünya bazarında, xüsusilə istehsal mərkəzlərində çox aşağı qiymətlərlə təklif olunur. İstehsalçıdan birbaşa satış, iri həcmli sifarişlər, vasitəçilərin sayının azalması, rəqəmsal satış modeli və optimallaşdırılmış logistika məhsulun son qiymətini əhəmiyyətli dərəcədə aşağı salır. Bu platformaların biznes modeli də böyük satış həcmi və aşağı marja üzərində qurula bilər. Azərbaycanda isə məhsulun qiymətinə alış dəyəri ilə yanaşı, daşınma, gömrük rəsmiləşdirilməsi, vergi, anbar, icarə, əməkhaqqı, kommunal xidmətlər, bank komissiyaları və digər əməliyyat xərcləri əlavə olunur. Nəticədə eyni və ya oxşar məhsulun yerli bazarda satış qiyməti xarici platformadakı qiymətdən xeyli yüksək formalaşır. Burada prinsipial iqtisadi mövqe ortaya qoyulmalıdır ki, məhsulun ucuz başa gəlməsi və aşağı qiymətə satılması özlüyündə rəqabət qanunvericiliyinin pozulması demək deyil.Əgər şirkət daha ucuz təchizat mənbəyi tapırsa, istehsalçı ilə birbaşa işləyirsə, vasitəçilərin sayını azaldırsa və logistika xərclərini optimallaşdırırsa, bu, onun iqtisadi səmərəliliyinin nəticəsidir. Belə üstünlüyü qanunsuz rəqabət kimi qiymətləndirmək üçün konkret hüquqi və iqtisadi sübutlar olmalıdır. Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tətbiqi də məhz bu meyarlar əsasında aparılmalıdır. Şirkətin bazardakı mövqeyi, faktiki maya dəyəri, qiymət formalaşdırma mexanizmi, satış strategiyası və rəqabətə real təsiri hərtərəfli qiymətləndirilməlidir. Sadəcə yerli bazardakı qiymətdən aşağı satış faktı şirkətin qanun pozuntusuna yol verdiyini sübut etmir. Fikrimcə, bu hadisənin Azərbaycanda daha geniş iqtisadi müzakirəyə səbəb olması vacibdir. Çünki yerli bazarda qiymətlərin yüksək olmasının arxasında dayanan xərc strukturu ciddi təhlilə ehtiyac duyur. Logistika və daşınma xərcləri, gömrük prosedurlarının yaratdığı maliyyə yükü, vergi və inzibati öhdəliklər, anbar və icarə xərcləri, bank xidmətlərinin komissiyaları və ticarət zəncirindəki vasitəçilik mexanizmləri sahibkarın rəqabət imkanlarına birbaşa təsir göstərir. Yerli sahibkar məhsulu xarici rəqibindən baha satırsa, bunun səbəbini yalnız xarici platformanın qiymət siyasətində axtarmaq iqtisadi baxımdan yanlış yanaşmadır. Yerli bazarda xərclərin yüksək olması sahibkarın rəqabət qabiliyyətini zəiflədir, son nəticədə isə həmin yük istehlakçının üzərinə düşür. Bu xərclərin azaldılması üçün sistemli islahatlar aparılmalıdır. Xarici platformaların Azərbaycanda fəaliyyət göstərməsi zamanı vergi, gömrük, məhsul təhlükəsizliyi, istehlakçı hüquqları və satışsonrası xidmət üzrə öhdəliklər də eyni hüquqi prinsiplərlə təmin edilməlidir. Yerli sahibkar bütün bu xərcləri daşıdığı halda xarici platformanın əsassız üstünlüklər əldə etməsi sağlam rəqabət mühitinə uyğun deyil. Dövlətin vəzifəsi həmin fərqləri aradan qaldırmaq və bazarda bərabər hüquqi şərait yaratmaqdır".

Ekspertin sözlərinə görə, "Temu"-nun ucuz qiymət siyasətini araşdırmaq mümkündür və qanun pozuntusu varsa, məsuliyyət də tətbiq olunmalıdır: "Ancaq xarici platformanın qiymətini yüksəltməklə Azərbaycanda məhsulların ucuzlaşmasına nail olmaq mümkün deyil. Əgər dünya bazarında məhsul daha ucuz başa gəlir, Azərbaycanda isə eyni məhsul istehlakçıya qat-qat baha təklif olunursa, bu fərqin səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır. Temu-nun qiymətinə müdaxilə etməklə bizim yüksək xərc və bahalı ticarət modelimiz düzəlməyəcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri