Icma.az
close
up
RU
Temu məhsulları barədə ŞOK Xəstəlik yaradır Ekspertlər danışdı

Temu məhsulları barədə ŞOK Xəstəlik yaradır Ekspertlər danışdı

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin dünyada iqtisadiyyat üzrə ən öndə gedən ölkələrdən birinə çevrilib və online alış-veriş sektorunda da böyük irəliləyişlər əldə edib. Lakin bəzi mediada yayılan xəbərlər Çin iqtisadiyyatını gözdən salmaq məqsədilə qarayaxma xarakteri daşıya bilər.

Türkiyədə geyim üzrə mütəxəssislər bildirir ki, bəzi Çin istehsalı ayaqqabılar keyfiyyətsizdir və müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Türkiyədə ən çox istifadə olunan online alış-veriş platforması Trendyol da ölkəmizdə demək olar çox insan istifadə edir. Amm, indi Temu da bu sektorda öndə gedir və haqqında cürbəcür qarayaxma kompaniyaları aparır.

Bu qarayaxmalar Çin iqtisadiyyatına zərbə xarakteri daşıyırmı?

Çin istehsalı geyimlər həqiqətən zərərlidirmi?

Tribunainfo.az məsələni iqtisadi və keyfiyyət yönündən araşdırıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Tribunainfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, Temu-dan xüsusilə çox sayda şikayətlər gəlir.

E. Hüseynovun sözlərinə görə, onların ofisində hətta nümunələr də var ki, vətəndaşlar alıb və aldadılıb.

“Saat sifariş edilib, əvəzində isə üzərində saat şəkli ola kardon gəlib. Paltarasılan sifariş ediblər, uzunluğu 1 sm olan, balaca paltarasılan göndəriblər. Hamam dəsmalı dəstini sifariş ediblər, uzunluğu 25 sm, eni 15 sm olan dəsmal göndərilib. Xüsusən, Temu-nun reklam materialları ilə göndərdikləri mallar bir-birinə düz gəlmir. Bu istehlakçının aldadılmasıdır və hüquqlarının pozulmasıdır. Üstəlik onlayn satış platformalarında ciddi məsələlərdən biri, istehlakçının tələbini ödəməyən mal alıcıya çatdırılarsa, onun dəyişdirilməsi və qaytarılması məsələsidir. Bu sahədə də onlayn satış platformalarında böyük problem yaşanır. Baxmayaraq ki, istehlakçının onlayn ticarətdə də 14 gün müddətində tələbatı ödəməyən malı dəyişmək və qaytarmaq hüququ olduğu halda, qarşı tərəf əlçatmaz olduğu üçün istehlakçıların tələbini yerinə yetirə bilmirlər. Ümumiyyətlə, klassik ticarətlə onlayn ticarət rəqabətdədir. Bu Azərbaycanda da var. Lakin, onlayn ticarətdə aldatma daha çoxdur. Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məlumata görə, onlayn satılan dərmanların 70 faizi saxta olur. Bu işlərdə Çin malları da geridə qalmır. Belə hal olarsa, istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verməli, 012-599-76-00 əlaqə nömrəsinə məlumat vermələrini tövsiyyə edirəm”.

Çin geyimlərinin keyfiyyətinə toxunan Eyyub Hüseynov qeyd edib:

“Geyimlər barədə ortada elmi araşdırma yoxdur. Lakin, birmənalı şəkildə alt geyimləri pambıq olmalıdır. Çox təəssüf ki, Çindən idxal olunan mallar bəzən alt geyimləri adı altında pambıqla qarışıq olur. Gərək Elmi Tədqiqat İnstitutları bu işləri araşdırıb ortalığa qoya. Əgər geyim rəng verirsə, bu, insanlarda dəri xəstəlikləri əmələ gətirə bilər”.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, əgər istehlakçı tələbata olan məhsulu daxili bazardan təmin edə bilmirsə, xarici ticarət platformalarına yönəlirsə, demək ki, ya məhsulun keyfiyyəti alıcını qane etmir, yaxud da qiyməti cibinə münasib deyil.

G. Hüseynovanın sözlərinə görə, praktikada görürük ki, qiymətlərlə bağlı alıcılar narazılıq edirlər. Qiymətə görə əsasən vətəndaşlar xarici platformalara yönəlirlər.

Ekspert vurğulayıb ki, əslində burada keyfiyyət yox, illərdir alıcının aldadılması öz əksini göstərir. Çünki deyirlər ki, “bu Türkiyə, İtaliya malıdır”. Əslində həmin məhsulun o ölkə ilə əlaqəsi yoxdur. Sadəcə, yüksək qiymətə satılsın deyə, bir növ alıcı aldadılırdı. Həm bu kimi halların qarşısının alınması üçün də vətəndaşlar xarici platformalara üz tuturlar.

“Əvvəlki illərdə Türkiyənin” Trendyol” ticarət platforması məşhur idi. Hal-hazırda da bu platformada alış-veriş edənlərin sayı kifayət qədərdir. Daha sonra Çinin və Yaxın Şərq ölkələrinin ticarət platformalarına yönəldilər. Çünki qiymət baxımından həmin ölkələrin məhsulları alıcı üçün daha münasib idi. Yeni sistem yaradıldıqca, ölkələrin ticarət əməkdaşlığı olduqca, vətəndaşlar da bir növ həmin platformalara yönəlirlər”.

Trendyol və Temu məhsullarının müqayisəsinə toxunan ekspert bildirib:

“Deyə bilmərik ki, Türkiyənin məhsulları tamamilə keyfiyyətlidir və Çinin məhsulları keyfiyyətsizdir. Bunu ümumiləşdirib demək düzgün deyil. Hər bir ölkənin istehsal etdiyi məhsulun keyfiyyətlisi də, keyfiyyətsizi də var. Bu, təbii ki, məhsulun qiymətinə görə də dəyişə bilir. Demək olmaz ki, bütün bahalı məhsullar keyfiyyətlidir. Xarici platformalar risklidir. Çünki real bazar mühitindən fərqli olaraq platformada istehlakçı həmin məhsulu gördiyindən, materialına bələd olmadığından risk doğurur. Həmçinin satıcılar tərəfindən də aldadılmalar ola bilər.

Eyni zamanda alıcıların təcrübəsizliyi də burada böyük rol oynayır. Alıcı satılan məhsulun altındakı yazını oxumur. Nəticədə səhv məhsul almış olur və aldadıldığını düşünür. Məhsulun təfərrüatlarına, ölçülərinə, alıcıların rəylərinə baxmaq lazımdır”.

Yerli sahibkarlığın bu yöndə inkişafını xüsusi vurğulayan ekspert sonda vurğulayıb ki, özümüzün də ticarət platformalarına ehtiyac var. Çünki məlumdur ki, obyektlərin icarəsi yüksəkdir. Sığorta xərcləri, satıcıların əməkhaqqı xərcləri, oğurluq hallarının qarşısının alınması üçün görülən ekstra tədbirlər sahibkar üçün xərcdir. Ən önəmlisi də insanların artıq iş mühiti əvvəlki kimi rahat deyil. Zaman baxımından da onlayn ticarət vətəndaşlara rahatdır. İqtisadi fayda əldə etmək üçün bizim özümüzün də onlayn ticarət platformalarımız olmalıdır. Alıcıları da cəlb etmək üçün müəyyən kompaniyalar, kəşbeklər həyata keçirilməlidir. Özəl sahibkarlara dəstək məqsədilə gömrük rüsumlarına da baxış keçirilməlidir. Rüsumları azaltmaq lazımdır ki, pul kütləsi də dövr etsin. Çünki gömrük rüsumları artırsa, mal Azərbaycana baha başa gəlir. Nəticədə məhsul baha satılır, alıcı itirilir. Və bunun da qarşılığında alıcı xarici ticarət platformalara üz tutur. Bu zaman da ölkədən xarici valyuta çıxır. Əslində, yerli valyuta ilə ödənsə də xarici valyuta ilə çıxılır.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:437
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri