Icma.az
close
up
RU
Temu və Trendyol dan mal alanların diqqətinə: Proses çətinləşir Ekspert DANIŞDI

Temu və Trendyol dan mal alanların diqqətinə: Proses çətinləşir Ekspert DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsi "Smart Customs" saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.

Bu qərar xaricdən onlayn sifarişlərin həcminə təsir edə bilərmi?

Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, belə qərarların alınması xaricdən mal alınmasının çətinləşdirən faktorlardandır:

Onun sözlərinə görə, ASAN İmza və yaxud da SİMA-nı telefona yükləmək o qədər də çətin deyil:

"Amma yaşlı insanlar var ki, bundan istifadə etməkdə çətinlik çəkə bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə, deməli, xaricdən sifarişlərin azaldılması yönündə addımların atılmasını düşünürlər. Bu da ölkədən valyuta çıxışını zəiflətməyə yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən çıxsın. Amma nəzərə almaq lazımdır ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli pərakəndə satış mağazalarında məhsullar daha bahadır. Ona görə də insanlar xaricə üz tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu problemi həll edəcəyini düşünürlərsə, yanılırlar. Bu problemin köklü həlli başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə satışın onlayn ticarətlə rəqabətə davam gətirməsi üçün daha çevik davranmalıdırlar və s. Ona görə də bu qərar müəyyən çətinliklər yaradacaq, amma insanlarımız belə məsələlərə də tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu, tanışı, övladı vasitəsilə belə tətbiqlərdən istifadə etməyi öyrənəcək".

Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları daha çox "Temu" və "Trendyol" kimi onlayn ticarət platformalarından sifarişlər edirlər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri