Icma.az
close
up
RU
Temudan şikayət edənlərin sayı gündəngünə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Temudan şikayət edənlərin sayı gündəngünə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Əsasən Çindən olan məhsulların onlayn satışını həyata keçirən "Temu" alış-veriş saytından sifariş verilən məhsuldan evə gələn məhsul arasındakı fərq müştərinin narazılığına səbəb olub.

Belə ki, müştəri açar dəsti sifariş verib, lakin evə açarqabı formasında suqabı göndərilib.

Araşdırma zamanı isə məlum olub ki, bu kimi hallarla rastlaşanlar az deyil.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, elektron ticarət sahəsində alıcıların aldadılması barədə Birliyə çoxsaylı şikayətlər daxil olub.

E.Hüseynov onlayn alış-veriş edənləri diqqətli olmağa çağırıb. O bildirib ki, aldanmamaq üçün sifariş verilən məhsul haqqında yazılan məlumatlar mütləq oxunmalıdır.

Ətraflı "ATV Xəbər"in süjetində:


seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri