Icma.az
close
up
RU
Tender pullarını leqallaşdıran 35 şirkətin sahibi ittihamdan danışdı

Tender pullarını leqallaşdıran 35 şirkətin sahibi ittihamdan danışdı

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

Həbsinə qədər 35 şirkətin rəhbəri olub.

İttihama görə, onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov 2 il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi.

Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi. Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb.

Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib. Fəqani Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F" MMC vasitəsilə həyata keçirib. Həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən, "İnşaat-F" MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb. Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün Fəqani Rəhimovun "Kontey SV" şirkətinə bazar dəyərindən artıq pul köçürüb. Eyni niyyətlə "Sanator-Kurort Reabilitasiya Mərkəzi"nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb.

Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb. Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris" şirkətinə malların dəyərindən artıq pul ayrılıb. Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib.

Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Dövlət ittihamçısı çıxışından sonra ittihama münasibət bildirən Fəqani Rəhimov özünü qismən təqsirli bilib. O, özünü özünə aid hissədə təqsirli bildiyini deyib. Daha sonra vəsatət verən təqsirləndirilən şəxs bildirib ki, səhhətində ciddi problemlər var, hazırda müalicə müəssisəsində saxlanılır. O, barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib.

Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. İbtidai istintaq zamanı özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Proses 2025-ci il yanvarın 7-də davam etdiriləcək.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see156

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri