Icma.az
close
up
RU
Türkiyə kritik dönüş nöqtəsindədir Konstitusiyanın 4 cü maddəsinə toxunan yandırar

Türkiyə kritik dönüş nöqtəsindədir Konstitusiyanın 4 cü maddəsinə toxunan yandırar

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ərdoğanın planı seçkiyə hazırlaşmaq yox, sistemi yenidən qurmaqdır”


Son zamanlar Türkiyə Konstitusiyasının dəyişdirilməsi və bunun fonunda federativ idarəetmə sisteminə keçid, eləcə də kürdlərə federasiya verilməsi ilə bağlı müzakirələr intensivləşib. Əslində, bu iddialar yeni deyil. Sadəcə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni konstitusiya layihəsinin hazırlanması üçün 10 hüquqşünasdan ibarət komanda təyin etdiyini açıqlaması müzakirələri intensivləşdirib. Ərdoğan bildirib ki, mövcud konstitusiya 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilib və bu sənəd demokratik prinsiplərlə uyğun gəlmir. Müxalifət və bəzi türk ekspertlər isə bu təşəbbüsün əsas hədəfinin Ərdoğanın 2028-ci ildən sonra da hakimiyyətdə qalmaq planı olduğunu irəli sürürlər.


Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Ərdoğan, prinsipcə, haqlıdır. Onun sözlərinə görə, Türkiyə konstitusiyasının qəbulundan bu günə qədər 100 ilə yaxın müddət keçib: 


"Bu müddət ərzində reallıqlar, cəmiyyətin strukturu, siyasi münasibətlər və geosiyasi mühit ciddi şəkildə dəyişib. Dünyada yeni idarəetmə tendensiyaları və hüquqi modellər meydana çıxıb. Belə şəraitdə konstitusiyanın yenilənməsi təklifi başadüşüləndir və məntiqidir. Lakin eyni zamanda, müxalifətin Ərdoğanın bu təşəbbüsü hakimiyyətdə qalmaq məqsədilə irəli sürdüyünə dair iddiaları da tamamilə əsassız deyil. Ərdoğanın konstitusiyanı dəyişdirmək istəyən tək aktor olmadığını da nəzərə almaq lazımdır. Bu istiqamətdə ən fəal tərəf kürd siyasi qüvvələridir. Xüsusilə DEM Partiyasının nümayəndələri yeni konstitusiyanın Kürd kimliyini, dilini və mədəniyyətini tanımasını tələb edirlər. PKK lideri Abdullah Öcalanın son çağırışında təşkilatın silahı yerə qoyması və özünü buraxmaq ehtimalı ilə bağlı açıqlamaları da bu tələbləri daha aktual və təcili xarakterə çevirib. DEM Partiyası və Öcalan bu məsələdə Ankaradan açıq mövqe və hüquqi zəmanət gözləyir. Lakin bu tələblər mövcud Konstitusiyanın ilk dörd maddəsi ilə açıq şəkildə ziddiyyət təşkil edir".


T. Rzayevin fikrincə, kürd siyasi qüvvələrinin istəkləri yalnız mədəni və dil haqları ilə məhdudlaşmır. Onlar eyni zamanda siyasi iştirak, yerli idarəetmə və hüquqi təhlükəsizlik istəyirlər: 

"Bu isə dövlətin "təməl sütunları" sayılan ilk dörd maddənin dəyişdirilməsini tələb edir. Qanunvericilik baxımından isə bu, mümkün deyil. Türkiyə Konstitusiyasına görə, ilk dörd maddənin dəyişdirilməsi təklif belə oluna bilməz. Əgər hər hansı siyasi qüvvə və ya lider bu maddələri dəyişdirməyə cəhd edərsə, bu cəhdin nəticələri həm hüquqi, həm də siyasi baxımdan olduqca ağır olar. Konstitusiya Məhkəməsi bu cəhdin qarşısını alar, çünki 4-cü maddəyə əsasən bu maddələrin dəyişdirilməsi təklif belə edilə bilməz. Digər yandan, hər hansı referendum və ya qanun layihəsi bu səbəblə dərhal rədd edilər. Bundan başqa, təşəbbüs göstərənlərə qarşı cinayət işi açıla bilər. Bu, işin hüquqi tərəfidir. Lakin məsələnin ciddi siyasi nəticələri də olacaq. Milliyyətçi partiyalar, xüsusilə MHP və İYİ Partiya belə bir təşəbbüsə qarşı kəskin reaksiya verəcək. Hətta bu səbəblə AKP daxilində də parçalanma baş verə bilər. AKP-nin içindən bəzi milliyyətçi və dövlətçi fiqurlar bu cəhdə qarşı çıxa bilər".


Siyasi şərhçi hesab edir ki, müxalif qüvvələr bu təşəbbüsü “dövlətin bütövlüyünə və Atatürk irsinə qarşı təhdid” kimi təqdim edərək birləşə və ortaq hərəkətə keçə bilər: 

"Cəmiyyətin də bu cəhdə reaksiyası birmənalı olmayacaq. Xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun həbsi fonunda ortaya çıxan güclü ictimai etirazlar göstərdi ki, Türkiyə cəmiyyətinin mühüm hissəsi dövlət idarəçiliyi ilə bağlı prosesləri yaxından izləyir və ciddi narahatlıqları var. Belə bir qərar daha geniş və kütləvi aksiyalara səbəb ola bilər. Prezident Ərdoğan konstitusiyanın dəyişdirilməsi qadağan olunan maddələrinə toxunacaqmı? Və ya kürd tələbləri çərçivəsində federativ modelə keçidə razılıq verəcəkmi? Bu ehtimalları çox zəif hesab edirəm. Ərdoğanın yeni konstitusiya təşəbbüsünün arxasında belə radikal məqsədlərin dayandığına inanmıram. Əksinə, bu təşəbbüslər daha çox idarəetmənin gücləndirilməsi, siyasi sistemdə mövqelərin qorunması və gələcək seçkilərdə hüquqi maneələrin aradan qaldırılması üçün həyata keçirilir. Türkiyədə siyasi güc balansı və ictimai şüur səviyyəsi, həmçinin dövlətin qurucu fəlsəfəsi nəzərə alındıqda, federasiya və ya konstitusiyanın əsas sütunlarının dəyişdirilməsi yaxın və ya orta müddətdə mümkün görünmür. Ərdoğan da bu reallığı çox yaxşı bilir və məhz bu səbəbdən “islahat” ritorikasını daha çox siyasi gündəmi idarə etmək vasitəsi kimi istifadə edir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri