Icma.az
close
up
RU
TENDERLƏ “QAZ VURUB, QAZAN DODURANLAR” Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

TENDERLƏ “QAZ VURUB, QAZAN DODURANLAR” Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

“AzPolitika” xəbər verir ki, rəsmi məlumata görə, tenderin qalibi "Tvm İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 159 min manat təşkil edir.

Məlumat üçün qeyd edək ki, bu şirkətin adı bir müddət əvvəl Ağdamın Xıdırlı kəndində tikilən evlərlə bağlı gündəmə gəlib. Bu ilin sentyabrında yağışlar nəticəsində həmin şirkətin inşa etdiyi tikililərin və hasarların sıradan çıxdığı barədə məlumat və vidogörüntülər yayılmışdı. Şirkətin gördüyü işin keyfiyyəti ilə bağlı ciddi suallar ortaya çıxmışdı. Buna baxmayaraq, göründüyü kimi, bu faktlar şirkətin tender udmaq qabiliyyətinə təsir göstərməyib…

Qeyd edək ki, Xıdırlı kəndində fərdi yaşayış evlərinin tikintisini həyata keçirən “TVM İNŞAAT” MMC (VÖEN – 1101408601) 2023-cü ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsnin qalibi olub və ona 135 milyon 920 min 148 manat ödənilib. “TVM İNŞAAT” MMC 25 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb və Nizamnamə kapitalı cəmi 10 manatdır. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.


Şirkətin həmçinin qazandığı 123 milyon manatlıq sifarişin 25 milyon manatlıq hissəsi Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi (məhkəmə kompleksinə 25 milyon manat xərclənəcək – FED.az), 97 milyon manat isə Füzuli rayonunun Dövlətyarlı kəndindəki evlərin və mühəndis infrastrukturun yaradılmasına aiddir.

Bu şirkət son illərdə “tender liderləri”ndən birinə çevrilsə də, ondan daha iri və çox tender qazananlar da var. Məsələn, bir müddət əvvəl Azərbaycanda dövlət tenderlərindən ən çox gəlir götürən şirkətlərin siyahısını dərc edən “fed.az”-ın məlumatına görə, ötən il Azərbaycanda ümumilikdə minimum dəyəri 10 milyon manat olan 130 tender yekunlaşıb və bu tenderlərin ümumi həcmi 3 milyard 676,5 milyon manat təşkil edib. Ən iri dövlət sifarişləri arasında infrastruktur və tikinti sahəsinə aid işlər üstünlük təşkil edib.


Ən böyük məbləğli tender qazanan şirkətlər arasında ilk yeri "Nort Vest Konstrakşn" MMC (1001297281) tutur. Şirkət 2024-cü ildə tenderlərdə nə az, nə çox, 362 milyon manat sifariş qazanıb. Bu, 2024-cü ildə ölkə üzrə tenderlərlə bölüşdürülən məbləğin təxminən 10%-dir. Şirkətin 2024-cü ildə aldığı sifarişlərin 300 milyon manatdan artıq hissəsi Yuxarı Şirvan kanalının yenidən qurulmasına aiddir. Qalan 50 milyon manat isə işğaldan azad edilmiş Ağdamda kanalizasiya və yağış sistemlərinin qurulmasına aiddir.

Qeyd edək ki, "Nort Vest Konstrakşn" MMC 27 dekabr 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, qanuni təmsilçisi Bədəlov Elşən Tofiq oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Dövlət sifarişlərinin məbləğinə görə 2-ci yeri “Körpü-Bina-Tikinti” MMC tutur - 159,1 milyon manat. Azərbaycanda məşhur olan bu tikinti şirkəti il ərzində təxminən 100 milyon dollara çatan bu sifarişləri kirayə üsulla satılan mənzillər, Xocalıda rabitə infrastrukturu və qüllələrin tikintisi, eləcə də su kanalının yenidən qurulması üzrə alıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 300 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.1, qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Tenderlərin sayına görə isə ilk yerdə “Avromed Company” QSC (VÖEN: 1500166751) qərarlaşıb. Şirkət 5 tender üzrə qalib olub və ümumi dəyəri 151,5 milyon manatlıq müqavilələr imzalayıb. Tenderlər əsasən dərman preparatları, tibbi avadanlıqlar və müxtəlif dövlət proqramlarının icrası üçün nəzərdə tutulmuş tibbi vasitələrin alınması ilə bağlıdır.

Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.

İri sifariş alanlardan “Elit-S” MMC (1600024541) Şirvan kanalı üzrə 119 milyon manat, “Uni Ko” MMC (1001142901) isə Füzuli və Ağdam rayonlarında Mərkəzi Xəstəxanaların tiknitisi üzrə ümumilikdəı 89 milyon manatlıq sifariş alıb.

Nəhayət, növbəti dərman şirkəti «Azəri-Med» Qsc (1500072561) 2024—cü ildə daimi sifarişçisi olan Milli Onkologiya Mərkəzi və Gömrük Hospitalından ümumilikdə 67 milyon manatlıq dərman sifarişi alıb.

2024-cü ildə sayca daha çox tender qazanan şirkətlərdən biri də “Rabitəinşaat” ASC olub (VÖEN: 1500090621). Bu şirkət də 5 tenderdə qalib gələrək 57,4 milyon manatlıq sifariş əldə edib. Tenderlər arasında Cəbrayıl, Ağdam və Laçında fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi işləri yer alır.

“Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Siyahıda növbəti yeri 7 şirkət öz aralarında bölüşür. Belə ki, həmin şirkətlərin hər biri 3 tenderin qalibi seçilib.

Üç tender udan şirkətlər bunlardır: “Azəraqrartikinti” ASC (51,5 milyon manat), “Minera” MMC (46,4 milyon manat), “Zeytun Pharmaceuticals” MMC (40,4 milyon manat), “Zn Trade” MMC (35,2 milyon manat) və “Azəri-Med” QSC (67,0 milyon manat).

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri