“Tənqidi oxu analitik təfəkkürün inkişafına dair təşəbbüslər” layihəsi çərçivəsində metodik vəsaitin təqdimatı keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Tənqidi oxu” - analitik təfəkkürün inkişafına dair təşəbbüslər” qrant layihəsi çərçivəsində nəşr edilən metodik vəsaitin təqdimatı keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, metodik vəsaitdə oxuyub-anlamaya aid 5 müxtəlif tədris metodu təqdim olunub, hər birinə dair 3 mətn nümunəsi və onlara uyğun tapşırıqlar verilib. Vəsaitdə müxtəlif oxu üsullarının pedaqoji prosesdə tətbiqi ilə bağlı müəllimlərə verilən praktik tövsiyələr də yer alır.
Sonda layihə iştirakçılarına sertifikatlar və metodik vəsait təqdim olunub.
Tədbir zamanı yeni üzvlərə üzvlük vəsiqələri verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Avqust 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















