Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı: “Rus beyinli insanlarımız çoxdur, Azərbaycan dövləti rus məktəblərinin sayını minimuma endirməlidir”

Tənzilə Rüstəmxanlı: “Rus beyinli insanlarımız çoxdur, Azərbaycan dövləti rus məktəblərinin sayını minimuma endirməlidir”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda fəaliyyət göstərən rus məktəbləri özəl məktəblər ola bilər. Ölkəmizdə ingilisdilli məktəblər də var. Açılır, lisenziyaları var və fəaliyyət göstərirlər. Ən azından rusdilli məktəblər azaldıla bilər ki, sayı bu qədər çox olmasın. Bilirsiniz, bu məktəbləri dövlət maliyyələşdirir. İkinci bir dövlətdə belə təcrübəyə çox az rast gəlinər ki, hansısa dövlətin dilində olan məktəbləri həmin dövlət özü maliyyələşdirsin. Rusiyanın özündə, bəlkə də, bir-iki Azərbaycan məktəbi var. Onu dövlət maliyyələşdirə bilər. Amma Azərbaycanda rus dili heyranlığı var. Rus dilini bilməyənlərə xor baxan, rus beyinli insanlarımız da çoxdur. Azərbaycan dövlətinin dili Azərbaycan dili olduğuna görə bütün bunlar hamımızı narahat edə bilər. Biz elə 30 ildir, bunları deyirik. İndi Azərbaycan-Rusiya münasibətlərinin gəlib bu vəziyyətə çatmasının səbəbkarı Rusiyadır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

O eyni zamanda bildirib ki, Azərbaycan və Rusiya arasındakı dövlətlərarası münasibətlərin gərginləşməsini, münaqişəyə çevrilməsini istəmir: “Hər iki dövlətin ortaq mədəniyyəti, iqtisadi münasibətləri mövcuddur. Rusiyada yaşayan azərbaycanlı soydaşlarımız, eləcədə də Azərbaycanda yaşayan rus vətəndaşları var. Onların Azərbaycanda icmaları, mədəniyyət mərkəzləri mövcuddur. Bu münasibətlərin gəlib millətlərarası münaqişəyə çevrilməsinin tərəfdarı deyiləm. Amma uzun illərdir, rus dilinin Azərbaycanda sanki ikinci bir dövlət dili kimi təqdim olunmasının da əleyhinəyəm. Hələ keçmiş tariximizdən danışırmırıq. Xocalı qətliamı, Qarabağın işğalı, 30 il müddətində torpaqlarımızın tapdaq altında qalması... Bunların hamısı Rusiyanın “xidmətidir”, birbaşa iştirakı var. Bunları da keçdik. Amma son baş verənlər - keçən ilin dekabr ayında Aktauda baş verən təyyarə qəzası, bu hadisədə Rusiyanın bir dövlət kimi özünü düzgün aparmaması, hadisəni ört-basdır etmək cəhdləri. Ən azından dövlət əxlaqı nümayiş etdirə bilərdi, amma heç biri olmadı. Sonra cənab Prezidentimizlə danışanda üzrxahlıq etdilər. Yenə də müxtəlif millət vəkillərinin parlamentdə çıxışları, Azərbaycan əleyhinə qara kampaniya aparmaları - hamısı münasibətlərin münaqişəyə çevrilməsinə gətirib çıxarıb. Düşünürəm, bunu nə Azərbaycan, nə də Rusiya tərəfi istəməlidir. Çünki bölgədə Rusiyanın normal münasibətdə olduğu dövlət Azərbaycan və Türkiyədir. Rusiya bilməlidir ki, Azərbaycan üçün hər hansı təhlükə olarsa, Türkiyə mütləq onun yanında dayanacaq. Məsələ bu qədər aydındır. Təkrar edirəm, dövlət rus məktəblərinin sayını minimuma endirməlidir, özəl rus məktəbkəri açmaq istəyirlərsə, açsınlar. Azərbaycanda bu səviyyədə rus məktəblərinə şərait yaradılmasına, rus dilinin, rus mədəniyyət evlərinin bu qədər rahat fəaliyyət göstərməsinə rəğmən Rusiyanın Azərbaycana qarşı münasibəti belədirsə, əlbəttə, bunun da cavabı olacaq. Düşünürəm, çox qısa zamanda Rusiyanın dövlət ərkanının ağlı başına gələr, məsələ münaqişəyə çevirilmədən həll edilər”.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see209

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see177

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see165

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see141

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see132

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see118

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri