Icma.az
close
up
RU
Şuşanın itirildiyi format yenidən gündəmdə Bakı razılıq verəcəkmi?

Şuşanın itirildiyi format yenidən gündəmdə Bakı razılıq verəcəkmi?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

(1992, 8 may. Şuşanı işğal edən erməni terroru şəhərdə yanğın və talanlar törədirlər)

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Azərbaycan və Ermənistanla bağlı son açıqlaması diqqət çəkib. O bildirib ki, İran Bakı və İrəvan arasında sülh, dialoq üçün vasitəçi platforma rolunu oynamağa hazırdır. Bu bəyanat regional sabitlik baxımından yeni diplomatik təşəbbüs kimi qiymətləndirilə bilər.

Bəs, Azərbaycan və Ermənistan Tehranın bu təklifinə razılıq verəcəkmi? Ümumiyyətlə, İranın vasitəçiliyi tərəflərə hansı imkanları təqdim edə və ya hansı çətinlikləri yarada bilər?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, İran vasitəçiliyə əvvəllər dəfələrlə cəhd göstərib:

“Bu, ilk dövrlərdən başlayaraq müşahidə olunur. Azərbaycan tarixindən də bilirik ki, 1992-ci ilin may ayında Tehranda üçtərəfli görüş təşkil olunmuşdu. Lakin həmin görüş çox uğursuz nəticələnmişdi. Belə ki, görüşlər davam edərkən Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu səbəbdən Tehranın vasitəçiliyi effektiv olmadı və nəticə vermədi.

Sonrakı dövrlərdə İran bu vasitəçilik formatından uzaqlaşdı. Zaman keçdikcə İranın Cənubi Qafqazda adekvat olmayan siyasəti, Qarabağ zəfərimizindən sonra bəzi İran idarələrinin anti-Azərbaycan mövqeyi münasibətlərin soyumasına səbəb oldu.

Son dövrlərdə İranla Azərbaycan arasında müəyyən yaxınlaşmalar müşahidə olunur. Görünən odur ki, İranın yeni administrasiyası əvvəlki səhvləri təkrarlamamağa çalışır. Ümid edirik ki, bu niyyətlər real addımlarla müşayiət olunacaq”.

Politoloqun sözlərinə görə, Ermənistan-İran münasibətləri uzun müddətdir kifayət qədər yaxşı səviyyədə olub:

“Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ölkəsini Qərbə inteqrasiya etdirməyə çalışır və özü də müəyyən mənada Qərbdən asılı siyasətçidir. Hazırda Qərb ilə İran arasındakı münasibətlərin gərgin olduğu dövrdə Paşinyanın İranla daha dərin əməkdaşlığa gedəcəyini düşünmürəm.

İran regionda bir qədər kənarda qalıb. Yaxın Şərqdə davam edən proseslərdə, xüsusilə Suriyada hakimiyyət dəyişikliyindən sonra, İran öz mövqelərini itirdi. Bu kontekstdə İran Cənubi Qafqaz regionunda təsirini artırmağa çalışır. Lakin mən hesab edirəm ki, Tehran formatı hələlik bu region üçün aktual deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri