“Təqaüdçülər aldıqları pulla heç 2 həftə dolana bilməzlər” İQTİSADÇI
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“Ölkədə ən çox, və ən tez-tez dəyişən bir vergi məcəlləsidir, bir də təqaüdlərin hesablama və artım qaydaları. 2027-ci ildən pensiyaların indeksləşməsi qaydası dəyişir, adını da mədəni şəkildə diferensial yanaşma qoyublar”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, süni şəkildə daim təqaüd yaşı məsələsi önə çəkilir:
“Yaxşı, bəs 2027-ci ildə necə hesablama olacaq? Yeni qaydalara görə pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək. Bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək. pizza mizza
Sadə misalla izah: tutaq ki, rəsmi indeksləşmə faizi 10% müəyyən edilib:
1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.
2000 manat pensiya alan şəxs: İlk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır.
Hökumət deyir ki, narahat olmayın, zatən ölkədə 90% təqaüdçü 1170 manatdan az təqaüd alır deyə, onlara heç bir təsiri yoxdur, onların pensiyası orta aylıq əmək haqqının artım tempinə görə (təqribən 10%) indeksləşdiriləcək.
Belə müzakirələrin tək müsbət tərəfi odur ki, diskussiyalar zamanı acınacaqlı mənzərə üzə çıxır:
Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər)
Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər)
Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər)
Ölkə üzrə orta təqaüd məbləği 594 manatdır, bu rəqəmi yuxarı çəçən isə həmin 10% yüksək, və çox yüksək təqaüd alanlardır. Məmləkət üzrə faktiki median pensiya həddinin (yəni bütün təqaüdçülərin tam yarısının aldığı məbləğin) 420–460 manat aralığında olduğunu, dolayı rəqəmlərlə təxmin etmək olar.
Bir sözlə, bizdə süni şəkildə daim təqaüd yaşı məsələsi önə çəkilir, bu ikinci dərəcəli məsələdir, əsas dərd, əsas problem təqaüdlərin ÇOX AŞAĞI olmasıdır, ilk növbədə bu məsələ həllini tapmalıdır. Ailə dəyərlərinə söykənən, ailə içində yardımlaşma mədəniyyətinin movcud olduğu cəmiyyətimiz olmasa, təqaüdçülər aldıqları pulla heç 2 həftə dolana bilməzlər...”
Baxış sayı:109
Bu xəbər 05 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















