Icma.az
close
up
RU
Təqsirləndirilən şəxsin ibtidai istintaqda etirafı

Təqsirləndirilən şəxsin ibtidai istintaqda etirafı

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Sentyabrın 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayanın ibtidai istintaqa verdiyi ifadə elan olunub. SİA xəbər verir ki, onun ibtidai istintaqa ifadəsinin bir hissəsi 1992-ci ilin fevral ayında baş vermiş Xocalı soyqırımı və ondan sonrakı hadisələrlə bağlı olub.

M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artilleriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minaatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə davam edən aramsız artilleriya, minaatan və “BM-21-QRAD” sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olublar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək yaxınlıqdakı dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Qaçan şəxslər əvvəlcədən şəhərin ətrafında postlar quraraq qaçan əhaliyə atəş açıb öldürmək üçün orada gözləyən digər erməni silahlı qüvvələri tərəfindən güllələnib. Xocalı şəhərində evlər talanıb, yandırılıb, qadınlar zorlanıb, insanlar çoxsaylı işgəncələrə məruz qalıb, tank və döyüş maşınları insanların üzərindən keçərək onları əzmişdir. M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı da çox az sayda insan oradan çıxaraq xilas ola bilib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri