Icma.az
close
up
RU
Ter Petrosyanın çıxışını yayan videobloger: Baş verən bütün hadisələrin günahı Ermənistan cəmiyyətindədir FOTO

Ter Petrosyanın çıxışını yayan videobloger: Baş verən bütün hadisələrin günahı Ermənistan cəmiyyətindədir FOTO

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) tanınmış videobloger Albert İsakovun iştirakı ilə dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirin moderatoru BMTM sədri Fərid Şəfiyev Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "YouTube" platformasında yerləşdirilən müsahibəsindəki fikirlərə toxunub.

O, qərbli ekspertlərin Qarabağ münaqişəsinin başlanğıcını Sumqayıt hadisələri ilə əlaqələndirdiyini qeyd edib: "Amma Levon Ter-Petrosyan həmin məlum videoda deyir ki, biz bu münaqişəni ona görə başladıq ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmasın".

Tanınmış videobloger Albert İsakov isə Qarabağ münaqişəsi və onun verdiyi ağrının həyatımızın bir parçası olduğuna diqqət çəkib. O bildirib ki, keçmişdə baş verənlərə baxmayaraq, erməni və Azərbaycan xalqlarının birgəyaşayış perspektivləri mövcuddur.

İsakov istər 2020-ci ildəki 44 günlük müharibə, istərsə də postmüharibə dövründə Ermənistan cəmiyyətinin aldadıldığını xüsusi vurğulayıb: "Mən özüm də onlara söylənən yalanların həddindən artıq çox olduğunu müşahidə etdim. Mən bundan sonra internet vasitəsilə auditoriyaya öz yaşadıqlarım barədə danışmağa və videolar paylaşmağa başladım. Bu gün birgəyaşayış perspektivləri barədə danışarkən, bu sahədə necə irəliləməli olduğumuz haqqında da danışa bilərik. Mütəmadi olaraq qarşı tərəfdən belə fikirlər səslənir ki, biz birgə yaşamaq istəmirik, amma gedəcək yerimiz də yoxdur. Münaqişələr Qafqaz regionunda olduğu kimi, dünyanın bir çox nöqtəsində aktualdır. Biz əgər hazırda xalqlar arasında mövcud məsələlərə abstrakt yanaşsaq, heç vaxt sülh və gələcək haqqında danışa bilmərik. Bu münaqişədə çox sayda insan həlak olub və evlərindən didərgin düşüb. Mən istər-istəməz öz uşaqlığıma, anamla kitabxanada keçirdiyim xoşbəxt uşaqlığıma qayıdıram. Mənim "YouTube" kanalımı həm Azərbaycanda, həm də Ermənistanda yaşayan şəxslər izləyir. Bəlkə də insanın yaşadıqlarını ictimailəşdirmək olmaz, mən isə bu qaydanı pozmuşam. Mən açıq şəkildə deyirəm ki, baş verən bütün hadisələrin günahı Ermənistan cəmiyyətindədir. Mənim anam etnik ermənidir. Mən vaxtilə beynəlmiləl cəmiyyətdə birgəyaşayışın bəxş etdiyi xoşbəxt günləri görmüşəm. Siz təsəvvür edin ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra mənim İsraildə yaşayan ögey qardaşım Azərbaycan bayrağı ilə çəkdirdiyi fotoşəkilini sosial şəbəkədə paylaşmışdı. O nəyə görə sevinməməli idi ki? Anlamaq lazımdır ki, birgə yaşamalı olan və bu vəziyyətdən çıxmalı olan məhz insanlardır. Ermənistan cəmiyyəti öz şüurunun dirəndiyi dalanın təsiri altına düşüb və bundan çıxış yolu yoxdur. Mənə hərdən Ermənistandan zəng edirlər. Deyirlər ki, biz azərbaycanlıların bura qayıdacağını bilirik, lakin birgəyaşayış məsələsini təsəvvür edə bilmirik".

Albert İsakov təəssüflə qeyd edib ki, Ermənistanda dünyadakı hər şeyi ermənilərlə əlaqəndirirlər: "Onlarda belə bir təsəvvür var ki, hər şey ermənilərindir, hər şeyi ermənilər yaradıb. Ermənistanda yaşlı nəsil azərbaycanlılarla birgəyaşayış dövrünü xatırlayır. İndi azərbaycanlıların Ermənistana qayıtması məsələsi gündəmə gələndə həmin ölkədə deyirlər ki, biz bunu təsəvvür belə edə bilmirik. Şüur birgəyaşayış imkanını düşünür, amma təsəvvür etmir. Mən hesab edirəm ki, Ermənistanda hazırda hakimiyyətdə olan partiya "Arsax" hərəkatını birdəfəlik qadağan etməlidir. Mən düşünmürəm ki, Ermənistanda etiraz edənlər yenidən müharibə başlasa, gedib döyüşsün. O ki qaldı Ermənistan-Azərbaycan sərhədində yenidən gərginliyin yaranması məsələsinə, mən bunu birmənalı şəkildə istisna edirəm".

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri