Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Təranə Arifqızının Keçidlər i təqdim olundu

Təranə Arifqızının Keçidlər i təqdim olundu

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

12 iyun 2025-ci il. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubu.

Ənənəvi olaraq bu müqəddəs ocaqda yenə də söz, şeir bayramıdır, desək ifrata varmarıq.

Bu dəfə Naxçıvanda yaşayıb-yaradan, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliyinin üzvü, tanınmış şair-jurnalist Təranə  Arifqızının “Keçidlər ” , “Payızın zəfər rəngi” kitablarının və “Yüz ilimin sədası” antologiyasının təqdimat mərasimi keçirildi.

Tədbirdə şairə xanımın qələm dostları, oxucuları, yaxınları iştirak edirdi.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair-publisist Güləmail Murad açaraq tədbir iştirakçılarını salamladı. 

Öncə Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

G.Murad qeyd etdi ki, bu gün ulu, qədim diyarımızda, ulu öndərin doğulduğu torpaqdan ədəbi mühitə ayaq basan, fərqli janrlarda yazıb-yaradan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı -publisist Təranə Arifqızının işığına toplaşmışıq. "Keçidlər" kitabı müəllifin poeziyasından bəhs edən yeddi kitabından sonra nəsr və publisistikasını əhatə edən ilk kitabıdır. İndiyə kimi Təranə Arifqızının "Mən şair olsaydım", "Nə qədər ki insan var", "Sözün bayatı rəngi", "Qarabağda 44 gün", "İçimdəki səs", "Qələbəyə tələsən şəhid", "Payızın zəfər rəngi" kitablarının müəllifidir. Naxçıvan Muxtar respublikasının 100 illiyinə həsr olunmuş "Yüz ilimin sədası "antologiyasının ideya müəllifi və tərtibçisidir".

Əməkdar İncəsənət Xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərçüməçi Səlim Babullaoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Lütfiyyə Əsgərzadə, Millət vəkili, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, ədəbiyyatşünas, tərcüməçi, "525-qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli,  Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, şairlərdən İbrahim Yusifoglu, filologiya üzrə fəlsəfə doktoru şair Adilə Nəzər, sair-nasir Arzu Nehrəmli, Aləmzər Sadiqqızı, "Nur ocağı" Ədəbi Məclisini təmsil edən şair Ramilə Əliyeva və digər tədbir iştirakçıları yazarın yaradıcılığı haqqında fikirlərini bölüşüb, yeni kitabi münasibətilə təbrik ediblər.

Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, "Keçidlər"kitabına ön söz yazan Mətanət Vahid kitab haqqında dəyərli fikirlərini bölüşərək, qeyd edib ki, Təranə xanımın bu kitabı başdan-ayağa Vətən eposudur. 

Keçmişlə müasirlik onun bütün yazılarında birlikdə inkişaf edir. 

Mətnlərinə fərqli yanaşmalarla rəng qataraq, oxucunu cəlb edə bilir. 

Müəllifin nəsr və publisistikasını və digər janrda olan yazılarının toplandığı bu kitab geniş oxucu auditoriyası üçündür".

"Yazarlar" jurnalının baş redaktoru Zaur Ustac müəllifi ədəbi yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə Müstəqil Yazarlar Konfederasiyasının "Fəxri yazar"  diplomunu təqdim edərək təbrik edib.
Xanım şairə tədbirlə bağlı fikirlərini oxucuları ilə bölüşüb:

Tədbir başlayan saata qədər çox həyəcanlı idim. Naxçıvanda kitab təqdimatlarım olanda rahat olurdum. Burada keçirilən tədbirə  isə əksəriyyəti illərlə qiyabi olaraq tanıdığım, virtual əlaqədə olduğum insanları dəvət etmişdim. Mənim üçün fərəhli və sevincli gün oldu . 

Gəlməmək üçün yox, gəlmək üçün bəhanə arayanlar yanımda oldular. İş gününə düşdüyü üçün icazə ala bilməyənlərin, dövlət səviyyəsində tədbiri olanların, bir sözlə üzürlü səbəbi olanların üzürünü qəbul edirəm. 

Nə yaxşı ki varsınız. Mənim yaradıcılığım üçün yaddaqalan tarix olan bu günü mənə yaşadanlara, hər şey könlünüzcə olsun, deyirəm. Hər kəsə təşəkkür edirəm. Ruhən, cismən yanımda olanların hamısına.

Naxçıvandan mərkəzə üz tutan əyalət şairinə qol qanad açdığı üçün Azərbaycan Yazıçılar Birliyinə, tədbiri lentə alan doğma Naxçıvan televiziyasına, Mədəniyyət kanalına minnətdarlığımı bildirirəm .

Nə yaxşı ki həyatda işıqlı insanlar var. Həyat onlara görə ayaq üstədir…”

Təranə Arifqızı Azərbaycan Yazıçılar Birliyinə, təqdimatın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Şeirlərindən nümunələr səsləndirib.

Sonda xatirə şəkilləri çəkdirilib.

KƏMALƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri