Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Nar milli mətbəximizdə və ailə ənənələrimizdə xüsusi yer tutur, Azərbaycan xalqının özünəməxsusluğunu və mədəni irsini təcəssüm etdirir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Rəqs Şurasının prezidenti, Xalq artisti Təranə Muradova deyib.
O, rəhbərlik etdiyi “Odlar Yurdu” rəqs kollektivinin təbiətə və bitki aləminə həsr olunmuş xüsusi kompozisiyalar hazırladığını qeyd edib.
“Biz tamaşaçıları mədəniyyətimizlə tanış edən tədbirlərdə hər zaman böyük məmnuniyyətlə iştirak edirik. Bu gün təbiətə və bitki aləminə həsr olunmuş kompozisiyalar hazırlamışıq. Belə bayramların hər il təkcə “Sea Breeze”də deyil, Şamaxıda və ölkəmizin digər bölgələrində də keçirilməsi məni çox sevindirir”, – deyə Xalq artisti bildirib.
Müsahibimizin fikrincə, milli ənənələrin qorunub saxlanılması və gənc nəslə ötürülməsi mühüm vəzifə olaraq qalır.
Təranə Muradova narla bağlı ailə ənənələrindən də danışıb: “Uşaqlıqda evimizdə mütləq nar şirəsi içilərdi. Bu ənənəni bu gün də davam etdiririk. Nənəm və valideynlərim narşərabı, ət yeməkləri üçün ədviyyatlar hazırlayardılar”, – deyə o bildirib.
Müxbir – Lalə Minasazova
Fotoqraf – İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 14 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















