Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil”

Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil”

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
O, təkcə tanınmış rəqqas, xoreoqraf deyil, rəqs sənətini elmi cəhətdən araşdıran, onun kitabını yazan insandır.
O, dünyanın ən böyük səhnələrində Azərbaycan rəqslərini ifa edən, xalqımızın mədəniyyətini tanıdan sənətkardır.
O, Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Qafqaz regionunda yeganə Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Təranə Muradovadır.
Onun uğur formulu sadədir - Allaha inam, məşğul olduğun peşəni sevmək, zəhmətsevərlik, çətinlikdən qorxmamaq, mənsub olduğu xalqın mədəniyyətini dərindən bilmək, milli-mənəvi dəyərlərə sadiqlik.
“Reytinq” qəzeti xəbər verir ki, bu gün Təranə xanımın yubileyidir. Yay tətilinə görə yubiley tədbirləri payızda keçiriləcək. Özü də beynəlxalq səviyyədə, çoxsaylı xarici qonaqların, görkəmli sənətkarların iştirakı ilə. Təranə xanımın yubiley mərasimi Azərbaycan rəqs sənətinin, ümumilikdə mədəniyyətimizin bayramı olacaq. Bütün detallar barədə hələlik geniş açıqlama vermək istəmir. Sürprizlər qadını olduğu üçün deyir, qoy tədbirlə bağlı bəzi məsələlər hələlik sirr kimi qalsın.
- Təranə xanım, rəqs - hərəkət, ritm və tempi özündə birləşdirən incəsənət növüdür. Bu sənətin xüsusiyyətinə uyğun həyat tərziniz var, maşallah, bütün günü hərəkətdəsiniz. Hətta bu isti avqust günlərində də məşqlərdə, çəkilişlərdəsiniz. Buna görə də müsahibə üçün vaxtı bir neçə dəfə ertələməli olduq...

- Bəli, mən fəxrlə deyə bilərəm ki, həyatımı rəqsə, xoreoqrafiyaya həsr etmişəm. Bu sənəti bütün qəlbimlə sevirəm, ona görə də sevimli peşəmin xarakteri gündəlik həyat tərzimə də təsir göstərir. Sənətimlə bağlı işlərə zaman ayırmağa heç vaxt xəsislik etmirəm. Çünki mən peşəkaram, sənətimə dəyər verməyi bacarıram. Rəqs məni həyatda xoşbəxt edib, bu sənətin sayəsində dünyanı gəzmişəm, xalqımın mədəniyyətini təbliğ eləmişəm.
Bəzən soruşurlar ki, əziyyəti çoxdur? Belə sualla qarşılaşanda cavabım qısa olur, həmişə. Əziyyət adətən məcburən gördüyün iş zamanı olur. İnsan sevdiyi sənətlə məşğul olanda əziyyət hiss etmir. Sadəcə, hər işi sevgi ilə görmək lazımdır, çünki sevgisiz heç nə yaratmaq mümkün deyil. İnsan seçdiyi sənətdə hər şeyə nail ola bilər, yetər ki, istəyi, əzmi olsun, öz üzərində daim çalışsın, təmiz qəlblə Allaha inansın. Şəxsən mən Allaha çox bağlı insanam, ən çətin anlarımda belə Ondan ümidimi üzməmişəm.
Sizə bir hadisəni danışım. 30 il öncə keçirilən “Xarı bülbül” festivalında iştirak edən sənətçilər arasında mən də var idim. Sonra ermənilər Qarabağımızı işğal etdikləri üçün həmin festivalı keçirmək mümkün olmadı. Həm bir azərbaycanlı, həm də sənətçi kimi çox ağır mənəvi sarsıntı keçirirdim. Hər gün, hər gecə dualar edirdim ki, torpaqlarımız işğaldan azad edilsin, biz doğma yerlərimizi bir də görə bilək. Şuşanı bir daha görməyi, bu şəhərdə yenidən səhnəyə çıxıb rəqs etməyi çox arzulayırdım. Nəhayət, o tarixi gün yetişdi, 44 günlük savaşda Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz Qarabağı işğaldan tam azad etdi. Necə yenilməz xalq, güclü dövlət olduğumuzu bütün dünya gördü.

Allahım dualarımı eşitdi və 30 il ürəyimdə gəzdirdiyim arzumu həyata keçirdi - Şuşada “Xarı bülbül” festivalında səhnəyə çıxmaq, “Sarı gəlin” rəqsini ifa eləmək mənə nəsib oldu. Həmin gün Cıdır düzündə qurulan səhnədə keçirdiyim hissləri sözlə ifadə etmək asan deyil. Yəqin ona görə də “Sarı gəlin”i rəqs deyil, bir ritual hesab edirəm. Səhnədə sanki şəhidlərimizin ruhu qarşısında baş əydim, Qarabağı azad edən qəhrəman oğullarımıza minnətdarlığımı bildirdim.
- Dediyiniz kimi, “Vağzalı”, “Uzun dərə”, “Naz eləmə”, “Tərəkəmə”, “Mirzeyi” kimi milli rəqslərimizi dünyanın müxtəlif ölkələrində təqdim eləmisiniz. Səhnəyə çıxdığınız ölkələrdən neçəsinin adını çəkə bilərsiniz?

- Bir-bir saymaq çox vaxt aparar. Oxuculara aydın olsun deyə mən səhnəyə çıxmadğım ölkələrin adını sadalayım. Cəmi üç ölkədə omamışam.
- Hansılardır?

- Avstraliya, Kolumbiya və Sinqapur. Dünyanın qalan ölkələrini gəzmişəm, səhnədə Azərbaycan rəqsini, onun qədim mədəniyyətini təbliğ edib sevdirməyə çalışmışam. La Skla, Bolşoy Teatr kimi dünyaca məşhur səhnələrdə Azərbaycan rəqsləri ilə çıxış etmək xoşbəxtliyini yaşamışam.
- Hər bir sənətkar tələbələr yetişdirməklə də xoşbəxtliyə nail ola bilir...

- 10 ildən çoxdur ki, missiyam yeni bir formaya daxil olub - Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, dosent kimi çalışıram. İndi tələbələrimlə bir yerdə xarici ölkələrdə Azərbaycan rəqsini təbliğ edirəm və fəxrlə deyə bilərəm ki, bu sahədə kifayət qədər uğurlarımız da var.
Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Xoreoqrafiya Akademiyası Qafqaz regionunda yeganə belə bir ali təhsil ocağıdır. Akademiyamız bu gün 20-dən çox xarici ölkə ali məktəbi ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi proqramını həyata keçirir.
- İndiki bəzi gənclər sənətdə hər şeyə tez nail olmaq istəyir, daha asan yol axtarır. Belə tələbələrə məsləhətiniz nədir?

- Doğru qeyd edirsiniz, sənətə gəlmək istəyən bəzi gənclərimiz dərhal populyarlıq, pul və fəxri ad barədə düşünür. Həmişə tələbələrimizə korifey sənətkarlarımızın - Afaq Məlikova, Əminə Dilbazi, Leyla Vəkilova, Roza Cəlilova, Xumar Zülfüqarova kimi müəllimlərimin həyatından nümunə gətirirəm, öz təcrübəmi də bölüşürəm, izah edirəm. Rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün hökmən zəhmət çəkmək, öz üzərində daim işləmək lazımıdır. Başqa yollarla da nələrsə əldə etmək mümkündür, lakin onlar hamısı müvəqqəti şeylərdir, bir-iki ildən sonra unudulub gedirlər.
Tələbələrlə, gənclərimizlə söhbətlərdə həmişə bir məsələyə də ciddi fikir vermələrini tövsiyə edirəm. Hər zaman xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sayğı ilə yanaşmalarını istəyirəm. Gənclərimiz həyat tərzlərində, davranışlarında bu məqama diqqətlə yanaşmalıdırlar.

Mən də müasir xanımam, dəbin, dünyada gedən tendensiyaların nə olduğunu yaxşı bilirəm, amma açıq-saçıqlıq dəb demək deyil.
- Siz birbaşa Xalq artisti fəxri adına layiq görülən yeganə rəqqassınız. Bu məsələnin maraqlı bir tarixçəsi var yəqin...

- Təkcə maraqlı yox, həm də mənim üçün heç vaxt unudulmayacaq bir hadisədir. 1998-ci il idi, dünya şöhrətli xoreoqraf, baletmeyster Maya Plisetskaya Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi qonağı kimi Bakıya dəvət edilmişdi. Prezident Aparatından mənə zəng vurub bu barədə məlumat verdilər və dedilər ki, qonağı hava limanında qarşılayanlar arasında olmalıyam. Leyla Vəkilova, Afaq Məlikova ilə birgə getdim hava limanına Maya xanımı qarşıladıq. Həmin gün axşam Maya Plisetskayanın şərəfinə konsert təşkil olunmuşdu. Konsertin əvvəlində Prezident Aparatında işləyən bir şəxs mənə yaxınlaşaraq təbrik elədi, dedi ki, sizə Xalq artisti fəxri adı verilib. Çaşıb qaldım həmin an, dedim, ola bilsin, başqa adamdır təltif olunan, axı, mən heç Əməkdar artist də deyiləm. Həmin adam dedi ki, Təranə xanım, prezidentin imzaladığı sərəncamı öz gözlərimlə görmüşəm. Konsertdən çıxıb evə gələn kimi maraqlandım və bildim ki, Heydər Əliyev mənə Xalq artisti fəxri adının verilməsi ilə bağlı sərəncam imzalayıb. Ümummilli Lider sənətkarlara, ədiblərimizə, ziyalılara daim diqqət və qayğı ilə yanaşırdı. Şəxsən mənə göstərdiyi diqqəti, sənətimə verdiyi qiyməti heç vaxt unuda bilmərəm. Prezident İlham Əliyev, Mehriban xanım Ulu Öndərin qoyduğu yolu, ənənəni bu gün davam etdirirlər. Məhz onların himayəsi ilə incəsənətimiz, mədəniyyətimiz dünyada təbliğ olunur. Biz sənətkarlar dövlətimizin diqqət və qayğısını daim hiss edirik. Bu münasibət bizi həm sevindirir, həm də daha məsuliyyətlə çalışmağa ruhlandırır, necə deyələr, qol-qanad verir.
- Sevinməyə daha bir səbəb var, özü də gözəl bir səbəb - yubiley yaşınız tamam olur. Bildiyim qədəri ilə bu münasibətlə böyük bir tədbir planlaşdırılır...
- Mədəniyyət naziri Adil Kərimli sağ olsun ki, yubiley yaşımın tamam olmasını nəzərə alaraq tapşırıq verib.
Yeri gəlmişkən, bir ara Mədəniyyət Nazirliyində bu sahəni bilməyən, sənətkarları tanımayan, onların yaradıcılığını bilməyən adamlar rəhbərliyə gəldi. Yaxşı ki, həmin dövr çox qısa oldu. İndi yeni nazir və onun komandası müsbət işlər görür və inanıram ki, bu sahədə ciddi irəliləyişə nail ola biləcəklər.
Yubiley tədbirlərinə gəlincə, indi hamı yay tətilində, istirahətdədir. Ona görə də qərara alınıb ki, yubileyi payızda qeyd edək.
50 illik yubileyim geniş və maraqlı şəkildə qeyd edilib, inşallah, növbəti yubiley tədbirim də təntənəli keçiriləcək, tək mənim yox, rəqs sənətinin, mədəniyyətimizin bayramı olacaq Allahın izni ilə.

Oktyabrın 30-dan noyabrın 2-dək Azərbaycanda möhtəşəm “Azerbaijan Dance Festival 2025” start götürəcək. 20 ölkəni təmsil edən tanınmış sənətkarların iştirakı ilə keçiriləcək bu festivalın ikinci günü məhz mənim yubileyimə həsr olunacaq. Pedaqoq kimi sevinirəm ki, bizim tələbələrimiz - Bakı Xoreoqrafiya Akademiyasının tələbələri də həmin beynəlxalq festival günlərində səhnəyə çıxacaqlar.
- Yubilyarın özünü həmin gün yenidən səhnədə görə biləcəyik?

- Bu sualınıza ətraflı cavab vermək istəmirəm, yalnız onu deyə bilərəm ki, festival çərçivəsində çox sürprizlər olacaq. Axı mən sürprizlər qadınıyam!
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri