“Milli geyimlərimiz, kəlağayımız var” Təranə Muradova
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Məktəblərdə mütləq forma olmalıdır. Bizim valideynlərimiz də bu məsələyə, geyim formasına çox diqqət yetirirdilər. Vaxtilə mən də məktəbə mütləq məktəb formasında gedir və qalstuk taxırdım. Formamızı geyindirirdilər ki, biz səliqəli görünək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.
O qeyd edib ki, tələbə səliqəli görünməli, tərbiyəli olmalıdır:
"Tələbə səliqəli görünməli, tərbiyəli olmalıdır. Bizim gələcəyimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz itirilməməlidir.
Ona görə də məktəbdə balalar tərbiyə alırlar. Uşaqların tərbiyəsində ailənin də böyük rolu var, amma onlar vaxtlarının çoxunu məktəbdə keçirirlər.
Ona görə də səhər duranda formanı geyinəndə, o uşaq məktəbə getdiyini hiss edir.
Bizdə də xüsusi forma mütləq olmalıdır. Bilirsiniz ki, burada balet və milli formamız da var. Amma mən cavanlara deyirəm ki, biz çox gözəl, tarixi bir ölkəyik. Bizim gələcək nəsillərimizin bilməli olduğu milli geyimlərimiz, kəlağayımız var. Bunları mütləq cavanlar, gələcək nəsillər bilməlidir”.
O vurğulayıb ki, insanların əsas qəlbi təmiz olsun:
"Biz çox zəngin bir ölkədə yaşayırıq. Bizim mədəniyyətimiz, incəsənətimiz, kinolarımız çoxdur. Hər zaman gələcək üçün fikirləşirik. Biz müəllimlər burada uşaqları böyüdürük və inşallah ümid edirəm ki, bizim gələcəyimiz öz tarixini, öz adət-ənənələrini qoruyacaq. Analar, atalar, babalar, nənələr necə adət-ənənələri qoruyubsa, bizim gələcəyimiz də belə Azərbaycanı qoruyacaq. İnsanların əsas qəlbi təmiz olsun. Əsas insanın qəlbi təmizdirsə, Allah onu hər zaman qoruyur”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















