Icma.az
close
up
RU
Tərbiyə hardan başlayır ailədən yoxsa cəmiyyətdən? PSİXOLOQ ŞƏRH ETDİ

Tərbiyə hardan başlayır ailədən yoxsa cəmiyyətdən? PSİXOLOQ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Tərbiyə, şübhəsiz ki, hər bir insanın həyatında ən vacib amillərdən biridir və bu proses ilk olaraq ailədən başlayır. Uşağın ilk davranış modelləri, ilk sözləri, ilk münasibətləri və dəyərləri ailədə formalaşır. Ailə — insanın ilk məktəbidir. Oğlumuz və ya qızımız burada ilk qaydaları öyrənir, nəyin doğru, nəyin yanlış olduğunu dərk etməyə başlayır. Valideynlər uşağın ilk müəllimi, ilk yol göstərəni olur. Bu səbəbdən ailədə alınan tərbiyə insanın gələcək həyatına ciddi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, tərbiyə yalnız ailə ilə bitmir. İnsan cəmiyyət içərisində də formalaşır, ətraf mühit, dostlar, məktəb, müəllimlər və ümumilikdə ictimai mühit də bu prosesdə mühüm rol oynayır. Cəmiyyətin özü də bir tərbiyə mühitidir. Lakin ailədə verilən tərbiyə təməl xarakter daşıdığı üçün bu baza möhkəm olduqda, insan cəmiyyətin mənfi təsirlərinə qarşı daha dözümlü və müqavimətli olur: "Təəssüf ki, bəzən uşaqlar yeniyetməlik dövründə və ya yetkinlik yaşına çatanda müəyyən səbəblərdən dolayı yenidən tərbiyəyə ehtiyac duyurlar. Bu isə daha çətin və ağrılı bir prosesdir. Yenidən tərbiyə insanın öz daxili aləmi ilə üz-üzə gəlməsi, etdiyi səhvləri etiraf etməsi və dəyişməyə qərar verməsi ilə müşayiət olunur. Bu mərhələdə bəzən insanlar özlərini tərbiyə etməyə çalışırlar — yəni öz üzərində işləyir, davranışlarını düzəltməyə, daha kamil insan olmağa səy göstərirlər. Bu isə yalnız yüksək özünüdərk və daxili motivasiya ilə mümkündür.

Son zamanlar cəmiyyətin tərbiyə prosesindəki rolu daha da artmışdır. Xüsusilə də sosial şəbəkələrin, internet platformalarının təsiri danılmazdır. Bu platformalarda yayılan məzmunlar, paylaşılan fikirlər və nümunə göstərilən həyat tərzləri uşaqlara və gənclərə müxtəlif istiqamətlərdə təsir edir. Bu təsirlər müsbət ola biləcəyi kimi, bəzən də mənfi nəticələrə səbəb ola bilər. Buna görə də hər bir ailənin üzərinə böyük məsuliyyət düşür. Valideynlər ailə dəyərlərini uşaqlara aşılamalı, onlara düzgün həyat prinsiplərini öyrətməlidirlər. Ailə mühiti o qədər sağlam, möhkəm və sevgi dolu olmalıdır ki, uşaqlar kənardan gələn mənfi təsirlərə qarşı dayana bilsinlər və daxili güclərini itirməsinlər. Sonda qeyd etmək istərdim ki, cəmiyyətin, məktəbin, medianın və texnologiyanın təsirinə baxmayaraq, əsas tərbiyə ailədə verilir. Bu təməlin sağlam və güclü olması isə gələcəyimizin – yəni yeni nəsillərin sağlam düşüncəli, vicdanlı və məsuliyyətli fərdlər kimi formalaşmasına zəmin yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri