Icma.az
close
up
RU
Tərəfdaşlığın 30 ili...

Tərəfdaşlığın 30 ili...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

NATO Cənubi Qafqazda Azərbaycanın önəmini yüksək dəyərləndirir

Noyabrın 26-da Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.Tədbir zamanı ölkəmizin Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və perspektivləri, SNT proqramının nailiyyətləri, ölkəmizin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi və Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

4 may 1994-cü ildən başlanan tərəfdaşlıq

Konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavininin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.

Azərbaycan özünün xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırıb. Buna görə də, Azərbaycan NATO ilə əlaqələrə xüsusi önəm verib və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edib. Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası Heydər Əliyev tərəfindən 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə isə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub. Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilib.

Kosovo və Əfqanıstanda...

Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi, Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında  öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərib. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə edib, NATO standartları ilə yaxından tanış olub və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırıb.

2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq - 2001” SNT hərbi təlimini həyata keçirib. 2002-ci ildə isə Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərib. 2003-cü ildə Azərbaycan Virtual İpək Yoluna qoşulub və növbəti il İstanbul zirvə görüşündə müttəfiq liderlər Qafqaza xüsusi diqqət ayırmışdılar. Belə ki, NATO-nun xüsusi nümayəndəsi və əlaqələndiricisi bölgəyə təyin olunmuşdu. Həmin il Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO-ya təqdim etmişdi. 2005-ci ildə isə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa  başladı. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.

NATO Baş katibinin Bakıya son səfərində...

Qeyd edək ki, Prezident İlham Əliyev Brüsselə səfərləri zamanı Alyansın rəhbərliyi ilə görüşüb, 2021-ci il dekabrın 14-də isə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Bu ilin mart ayında da NATO-nun o vaxtkı Baş katibi Yens Stoltenberq ölkəmizə səfər edib. Səfər zamanı İlham Əliyevlə NATO Baş katibinin təkbətək görüşü olub, sonra mətbuata bəyanat zamanı Azərbaycan-NATO əlaqələri yüksək qiymətləndirilib.

Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək dəyərləndirilir.

Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir.

Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri