Icma.az
close
up
RU
Tərəfdaşlıq və suverenlik balansı

Tərəfdaşlıq və suverenlik balansı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti Yaxın Şərqlə bağlı mühüm siyasi mesajlar verdi

Yaxın Şərqdə cərəyan edən prosesləri, oradakı silahlı münaqişələri hamı izləyir. Bu mövzuda kifayət qədər məqalələrə, müsahibələrə rast gəlmək mümkündür. Amma Azərbaycan Prezidenti İlham Əliyevin baş verənlərlə bağlı rəsmi mövqeyi, şübhəsiz, hər kəs üçün maraqlı idi. Dövlətimizn başçısı 2026-cı ilin ilk iş günü yerli televiziya kanallarına müsahibəsində ilk dəfə bu məsələyə toxunmaqla rəsmi Bakının mövqeyini beynəlxalq auditoriyaya bəyan etdi.

Əslində, Yaxın Şərq regionunda tərəf saxlamaq çox vaxt hansısa blokun, hansısa emosional cəbhənin və ya ideoloji ritorikanın tərkib hissəsinə çevrilmək mənasına gəlir. Ona görə də bu barədə fikir bildirərkən etibarlı siyasi balans və prinsipial mövqe önəmlidir. Azərbaycanın fərqləndirici cəhəti məhz buradadır. Rəsmi Bakı bu gün həm İsraildə, həm ərəb dünyasında, həm də daha geniş İslam coğrafiyasında bərabərhüquqlu tərəfdaş kimi qəbul olunur. Əlbəttə, bunun əsas səbəbi illərlə ardıcıl aparılmış praqmatik, suveren və məsuliyyətli xarici siyasətdir. Azərbaycanın nə İsraillə münasibətləri ərəb və İslam dünyasına qarşı qurulub, nə də Fələstin məsələsindəki mövqeyi İsraillə əlaqələrin alternativi kimi təqdim edilib. Ölkəmizin qurduğu balans müasir beynəlxalq münasibətlərdə nadir keyfiyyətlərdəndir.

Prezidentin müsahibəsində Yaxın Şərq mövzusunda diqqətçəkən, eyni zamanda, ən prinsipial məqam Qəzza sektoru ətrafında formalaşan mümkün beynəlxalq missiyalarla bağlı ortaya qoyduğu mövqedir. Ölkə başçısının səsləndirdiyi fikirlər beynəlxalq hüquq, hərbi praktika və milli təhlükəsizlik baxımından formalaşmış aydın doktrinaya söykənir: “Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər. Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik. Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil”.

Bəli, dövlət başçısı ilk növbədə Qəzzada kimin mandat verəcəyi və həmin mandatın mahiyyətinin hələ də qeyri-müəyyən olduğunu vurğulamaqla məsələni normativ-hüquqi çərçivəyə qaytardı. Paralel olaraq vurğulanan “peacekeeping” və “peace enforcement” anlayışlarının fərqləndirilməsi də təsadüfi deyil. Beynəlxalq praktikada hər iki termin tez-tez qarışdırılsa da, onların mahiyyəti və nəticələri köklü şəkildə fərqlənir. Sülhməramlı əməliyyatlar adətən tərəflərin razılığı, atəşkəs rejimi və neytral mövqenin qorunması üzərində qurulur. Halbuki “peace enforcement”, yəni sülhün zorla tətbiqi, faktiki olaraq, döyüş əməliyyatlarının davamıdır və bu cür missiyalar iştirakçı ölkələr üçün birbaşa hərbi risklər yaradır.

Azərbaycanın ikinci formata hazır olmadığını və ümumiyyətlə, belə bir iştirakı nəzərdə tutmadığını açıq şəkildə bəyan etməsi isə ölkənin xarici hərbi iştiraklara yanaşmasında qəti və dəyişməz prinsipin mövcudluğunu bir daha göstərir. Rəsmi Bakı bununla təhlükəsizlik anlayışını və insan həyatına verdiyi dəyəri beynəlxalq arenada açıq şəkildə müdafiə edir. Yeri gəlmişkən, bu kontekstdə Əfqanıstan təcrübəsinə istinad xüsusi əhəmiyyət daşıyır. Prezidentin vurğuladığı kimi, Azərbaycanın sülhməramlı missiyalarda iştirakı tarixən məhdud, dəqiq və funksional xarakter daşıyıb. Strateji obyektlərin mühafizəsi ilə məhdudlaşan iştirak döyüş əməliyyatlarından kənar saxlanılıb və nəticədə ölkəmiz illər ərzində heç bir itki verməyib. Azərbaycanın Yaxın Şərq məsələlərinə yanaşmasının öz tarixi təcrübəsi ilə əlaqələndirilməsi təqdirəlayiq məqam idi.

Prezidentin Birinci və İkinci Qarabağ müharibələrində verilmiş itkilərə istinad etməsi bu mövqenin kollektiv milli yaddaş üzərində qurulduğunu göstərir. Birinci Qarabağ müharibəsində on minlərlə insanın həyatını itirməsi, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsi və Azərbaycanın uzun illər beynəlxalq laqeydliklə üz-üzə qalması bu gün verilən qərarların psixoloji və siyasi fonunu formalaşdırır. Prezidentin “bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq” fikri beynəlxalq münasibətlərdə selektiv ədalət anlayışına yönəlmiş açıq, lakin ölçülü növbəti tənqid nümunəsi idi.

Xüsusi diqqətçəkən tezislərdən biri “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir” yanaşmasıdır. Prezident açıq şəkildə bildirdi ki, qeyri-ərəb müsəlman ölkələrinin sözügedən məsələlərdə “parovozun önündə qaçması” nə regionun özünə, nə də həmin ölkələrə fayda gətirir. Bəli, son onilliklərdə Yaxın Şərqdə müşahidə olunan uğursuz müdaxilələri təhlil etsək, bu yanaşmanın da öz təsdiqini tapdığını görmək mümkündür. Çünki xarici aktorların bölgəyə “xilasedici” mövqedən daxil olması əksər hallarda vəziyyəti daha da ağırlaşdırıb.

ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın mümkün iştirakı ilə bağlı verdiyi bəyanata reaksiya da xüsusi önəm kəsb edir. Dövlətimizin başçısının bu məsələni açıq şəkildə gündəmə gətirməsi iki əsas məqsədə xidmət edir. Birincisi, Azərbaycanın adından danışılmasına qəti şəkildə etiraz olunur. Prezident bildirib ki, rəsmi Bakı heç bir razılıq verməyib və bu barədə diplomatik kanallarla Amerika administrasiyasına rəsmi mövqe çatdırılıb. İkincisi, bu açıqlama beynəlxalq mediada dolaşan şayiələrin qarşısını almağa yönəlib. Ölkə başçısının vurğuladığı kimi, xüsusilə yüksək rütbəli diplomatlar tərəfindən səsləndirilən məsuliyyətsiz və yanlış bəyanatlar beynəlxalq auditoriyada səhv təsəvvür yaradır. Azərbaycanın bu məsələdə 20 sualdan ibarət rəsmi müraciət hazırlaması isə institusional və hüquqi çərçivəyə üstünlük verdiyini sübut edir.

Beləliklə, Azərbaycan Yaxın Şərq siyasətinin əsas konturlarını ilk dəfə bu qədər sistemli şəkildə nümayiş etdirdi. Ölkəmizin sözügedən istiqamətdə yürütdüyü siyasətin mərkəzində insan həyatı, suveren qərarvermə və balanslı tərəfdaşlıq dayanır. Bakı bu gün Yaxın Şərqdə nə xilasedici roluna iddia edir, nə də kənar müşahidəçi kimi məsuliyyətdən yayınır. Azərbaycan öz yerini çoxdan müəyyənləşdirib – regionun daxili mexanizmlərinə hörmət edən, beynəlxalq hüquqa söykənən etibarlı tərəfdaş.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri