Icma.az
close
up
RU
“Tərəflər Türkiyəyə olan etimadlarını saxlasalar sülhün əldə olunması mümkündür” POLİTOLOQ ŞƏRH ETDİ

“Tərəflər Türkiyəyə olan etimadlarını saxlasalar sülhün əldə olunması mümkündür” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bütün dünyanın diqqəti Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar prosesinə yönəlib. Onsuz da bu prosesdən artıq nəsə gözləmək mümkün deyildi. Elə görüşdən öncə Rusiya prezidentinin sözçüsü Peskov da bildirmişdi ki, bu görüşdən hər hansı ciddi nəticə və ya fövqəladə müsbət addım gözləmək ehtimalı azdır. Biz də eyni mövqedəyik, çünki söhbət döyüş meydanında baş verən proseslərdən gedir”.

Bunu Gununsesi.info-ya açıqlmasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Söhbət Rusiya ilə Ukraynanın bir-birinə qarşı irəli sürdüyü iddialardan, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların daha da gücləndirilməsindən, Rusiyanın isə buna cavab olaraq döyüş meydanında irəliləməyə çalışmasından gedir.

Bu mərhələdə hər hansı ciddi nəticə — yəni atəşkəsin elan olunması və ya sülh istiqamətində ciddi addımların atılması — real görünmür. Amma istənilən halda əsir mübadiləsi, cəsədlərin təhvili kimi humanitar məsələlərin müzakirəsi və nəticə əldə olunması özü böyük uğurdur”.

Politoluqun fikrincə Türkiyənin də vasitəçiliyi nəticə verir:

“Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin əvvəlində də Türkiyə mühüm vasitəçilik uğurlarına imza atdı. Üç dəfə görüşlər keçirildi, hətta xarici işlər nazirləri səviyyəsində də görüş təşkil olundu. Təəssüf ki, o zaman Avropadan olan bəzi qüvvələr bu prosesin sona çatmasının əleyhinə olduqlarını açıq şəkildə göstərdilər.

İndiki mərhələdə də Türkiyə ciddi nəticələr ortaya qoyur. Müharibə dövründə Türkiyənin vasitəçiliyi ilə əsir mübadiləsi, hərbi qulluqçuların və digər şəxslərin cəsədlərinin təhvili, taxıl sazişinin razılaşdırılması kimi məsələlər müzakirə olunub və bu da Türkiyənin uğurlu vasitəçilik rolu kimi dəyərləndirilə bilər. Lakin hazırda Türkiyə vasitəsilə atəşkəsə nail olunmur. Daha doğrusu, Türkiyənin səylərinə baxmayaraq, tərəflərin kompromisə getmək istəkləri yoxdur. Həm də bu prosesə kənardan müxtəlif təsirlər var.

Hesab edirəm ki, növbəti mərhələdə Türkiyənin vasitəçiliyi ilə atəşkəsin elan olunmasına da şahid ola bilərik. Təbii ki, bu, zaman tələb edir. Əgər tərəflər Türkiyə platformasına olan etimadlarını qoruyub saxlasalar, atəşkəsin və gələcəkdə sülhün əldə olunması mümkündür.

Amma mövcud şərtlər göstərir ki, Rusiya qoşunlarını geri çəkmək niyyətində deyil. Ukrayna isə öz ərazi bütövlüyünün pozulması ilə barışa bilmir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri