Icma.az
close
up
RU
Terminallar niyə qəpiklə ödəniş qəbul etmir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Terminallar niyə qəpiklə ödəniş qəbul etmir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar bəzi market və mağazalarda vətəndaşlardan xırda pul (qəpiklər) qəbul edilməməsi barədə şikayətlər artır. Bu hal qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. İş o yerə çatıb ki, bəzi ticarət müəssisələri hətta bəzən böyük məbləğdə pulu manatlıqlarla qəbul etmirlər.

Bəs görəsən xırda pulun istənməməsinə əsas səbəb nədir? Belə halla qarşılaşan şəxsin hansı hüquqları var?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, bəzi hallarda pulun satıcı tərəfindən qəbul edilməməsi satıcının kaprizindən ortaya çıxan hal olur.

O ki qaldı xırda pulun, qəpiklərin qəbulu zamanı ortaya çıxan narahatlıqlara, burada bir neçə məqam var:

"Əsas hal ondan ibarətdir ki, mağaza sonra qəpikləri kiməsə qaytarmalıdır. Həmin vaxt müştəri özü bunu götürməkdən imtina edir. Bu ödənişlərdə ortaya çıxan əsas problemin səbəbi budur. Əgər yadınızdadırsa o vaxt 100 dollarlıqla bağlı problem aktual idi. Hansı ki 1996-cı ildən bəri olan dollarları qəbul etmirdilər. Amerikada belə bir şey yox idi, orada qəbul olunurdu. Bəs bankların çətinliyi nə idi? Banklar aldığı köhnə pulu başqasına verə bilmirdi, qalırdı əlində. Bank zatən pulu dövr etmək üçündür. Lakin əhali arasında süni ajiotaj yarandı, problem oldu. Daha sonra məsələ işıqlandı və hazırda elə tip problem qalmayıb. İndi 1996-cı ilin pulu götürülür, heç bir narahatlıq da yaranmır. Yenə də təkrar edirəm mağazalar xırda 3-5 qəpiyi kiməsə verə bilmir deyə götürmək istəmirlər. Belə halda mağaza həmin qəpikləri yığıb banka apara, orada dəyişə bilərlər. Lakin bu halda da kassir üçün 1 kq qəpiyi saymaq çətin olur. Bütün belə məsələlər mağazanı narahat edir".

Həll yoluna gəldikdə isə ekspert deyir ki, vətəndaşların çoxu xırda pulları ödəniş terminallarında əridə bilər. Lakin terminallar aşağısı 1 manat pul qəbul edir. Bunun özü də problem yaradır:

"Ödəniş terminalları tərəfdən məsələyə baxanda onlara da haqq vermək olur ki, terminalın məhdud tutumu var, onu 1, 3 və ya 5 qəpiklə doldursaq tez-tez xidmət etmək lazım gələr. Bu da onların xərcini artıracaq, artan xərc artan kamisiyalara səbəb olacaq".

Son olaraq ekspert vurğulayır ki, bütün hallarda heç kəsin xırda pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Onlar dollar, sent və avronu qəbul etməyə bilərlər. Lakin ölkədə qanunvericilik tələb edir ki, ödənişin formasından asılı olmayaraq qəbul olunmalıdır. Müştəri ödəniş formasını özü seçə bilər kartla və ya nəğd formada. Müştəriyə xidmət edən şəxslər ona post terminal verməli və ya qəpikləri mütləq şəkildə qəbul etməlidirlər. Bu onların borcudur".

Hüquq demişkən Azərbaycan Respublikasının qanunvericiliyinə nəzər salsaq görərik ki, market və ya mağazalar, əhaliyə xidmət göstərən digər kommersiya obyektləri mütləq şəkildə ölkədə dövriyyədə olan qanuni ödəniş vasitələrini - yəni manat və onun qəpiklərini qəbul etməlidir.

Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara əsasən, manat və qəpiklər ölkənin rəsmi pul vahididir və istənilən məbləğdə qəbul edilməlidir. Bu tələb "Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar Haqqında Qanun" və Mülki Məcəllədə təsbit olunub.

Belə halla rastlaşan şəxs, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Onlar istehlakçı hüquqlarını müdafiə etmək üçün məsul qurumdur. Belə qanun pozuntuları aşkarlanarsa, mağaza və ya marketlərə qarşı cərimə tətbiq oluna bilər. Antiinhisar xidməti həm fiziki, həm də hüquqi şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri