Icma.az
close
up
RU
TERPETROSYANIN ÇIXIŞININ ƏSAS YENİLİYİ (Qarabağ konfliktinin yaranmasında Rusiyanın əli yoxdur?) KONKRET

TERPETROSYANIN ÇIXIŞININ ƏSAS YENİLİYİ (Qarabağ konfliktinin yaranmasında Rusiyanın əli yoxdur?) KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın yayılmış 1993-cü il tarixli çıxışının tezisləri bizim üçün məlumun elanıdır. Lakin dünya ictimaiyyəti üçün bu etiraf olduqca vacibdir, buna görə də onların üzərində bir daha dayanmağa dəyər. Yekunda isə bizdə dolaşan bir mifin yalan olduğu üzərində dayanacağam.

Deməli, 1993-cü ildə Ter-Petrosyan tərəfdarları qarşısında çıxış edərkən aşağıdakıları etiraf edib:

1. Qarabağ münaqişəsini ermənilər başlayıb.

2. Ermənilərin əsas məramı heç Qarabağ da olmayıb. Əsas istək Ermənistanı monoetnik dövlətə çevirmək olub. Yəni azərbaycanlıların oradan qovulması, etnik təmizləmə. Bir sözlə, ilk prezident faşistliyini etiraf edir.

3. Azərbaycanda yaşamış ermənilərin də qovulması onların məqsədi olub. Deməli, əsas etibarilə ermənilərin Azərbaycanı tərk etməsi elə Ermənistanın planı idi. Bizlik deyil!

Bu etiraflar ən azı Ter-Petrosyanın və ətrafının beynəlxalq məhkəmə qarşısına çıxması üçün kifayətdir. Və təbii, Ermənistanla müharibəmizin əsl səbəblərini dünya ictimaiyyətinə tam sübut etməyimiz üçün əsasdır.

Ter-Petrosyan bir etiraf da edir bu çıxışda. Deyir ki, SSRİ-ni “biz dağıtdıq” və digər müttəfiq respublikalar üçün örnək olduq. Bu da məntiqlidir. 80-ci illərin sonunda kim SSRİ-nin dağılmasını ağlına gətirə bilərdi? Amma ermənilər artıq müstəqil dövlətlərini qurmaq üçün hərəkətə keçmişdilər. Xatırladıram ki, azərbaycanlıların 80-ci illərin sonundakı kütləvi etirazları müstəqillik naminə deyildi, sırf ermənilərə cavab idi və Qarabağın statusu ilə bağlı idi.

SSRİ-nin dağılmasını kim istəyirdi? Əlbəttə ki, Qərb. Deməli, Qarabağ konfliktinin yaranmasında da ilk növbədə Qərb maraqlı idi. Qərbdə güclü erməni diasporu olduğu üçün SSRİ-ni də məhz ermənilərin əli ilə dağıtmağa başladılar.

Bu baxımdan illərlə münaqişədə Rusiyanın əli olması barədə bizdəki söhbətlər yalandır. Axı ruslar niyə SSRİ-ni dağıtmaq istəsin ki? Ümumiyyətlə hansı mərkəzi hökumət ərazisində etnik konfliktin olmasını istəyər ki? Başı xarab olmayıb ki!

Bəli, Rusiya bizi XIX əsrdə işğal edərək müstəmləkəsi etmişdi. XX əsrin əvvəlində də ilk respublikamızı təkrar işğal etdi. XX əsrin sonunda isə 20 yanvar faciəsini törətdi. Lakin Rusiyanın Qarabağ münaqişəsini yaratması heç vaxt ağlabatan mülahizə deyildi. Ter-Petrosyanın çıxışı da bunu təsdiq edir.

Bəli, Qorbaçov da, Yeltsin ermənipərəst idilər. Amma bununla belə, nə Qorbaçov Qarabağı ermənilərə verdi, nə də Yeltsin onun “müstəqilliyini” tanıdı. Düzdür, rus ordusu ermənilərə kömək edirdi. Amma bu artıq münaqişənin başlanğıcı yox, davamı oldu və burada iki səbəb var idi. Əvvəla, ermənilər ac rus ordusunu pulla ələ almışdı. Digər tərəfdən isə ermənilər xristian olduqları üçün rusların onlara rəğbəti daha çox olub və indi də bu belədir (hətta ukraynalılar da erməniləri bizdən daha çox istəyir). Lakin ötən 30 il ərzində apardığımız siyasət nəticəsində Rusiya bizim tərəfə keçməyə məcbur oldu. Kim bilir, bəlkə də həmçinin ona görə ki, Rusiya SSRİ-ni dağıdanlar sırasında ermənilər birinci olduqlarını dərk edir.

Bunu niyə yazıram? Əvvəla, ona görə ki, həmişə həqiqəti olduğu kimi deməliyik. Hətta düşmənimizə münasibətdə də adil olmalıyıq. Bu, həmçinin ona görə lazımdır ki, miflərlə və yalanlarla yaşamayaq. Çünki onlar normal münasibət qurmağa mane olur. Mifləri bilmək həm də gələcəkdə də yalnış mülahizələr qurmamağın əsasıdır. Belə isə əlbəttə ki, kimin kim olduğunu və bizdən nə istədiyini onsuz da bilirik…

Əkrəm Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri