Icma.az
close
up
RU
Terror hadisəsini müəyyən etmək, zərərsizləşdirmək o qədər asan məsələ deyil POLİTOLOQ ŞƏRH ETDİ

Terror hadisəsini müəyyən etmək, zərərsizləşdirmək o qədər asan məsələ deyil POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Terror hadisəsi elə bir haldır ki, onu son ana qədər müəyyən etmək, onu zərərsizləşdirmək o qədər asan məsələ deyil. Yəni desək ki, çox rahatdır, biz bu baş verən terrorun qarşısını ala bilərdik, bu biraz çətin bir məsələdir. Xüsusəndə ADNA terror hadisəsi 16 il bundan öncə baş verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, texnologiya biz bilirik ki, hər gün birazda inkişaf edir. Artıq indi ki, dövrdə bunu müəyyən etmək daha rahatdır: "Düşünürəm ki, terroru törədən şəxsdən də, insanların şübhə etməməsi, yəni onun əvvəllərdə onun qaranlıq keçmişinin olmamasıyla bağlı məlumatıda paylaşılmadı. Yəni bu dediklərim əsas verir ki, həmin şəxsi müəyyənləşdirmək və o terrorçunu həmin dövrdə, həmin anda zərərsizləşdirmək çox çətin bir məsələ idi. Yəni heç kimin gözləmədiyi bir hal baş verdi. Artıq bu hadisə 16 il öncə baş veribdir. Bu terrorda da, dünyasını dəyişənlərə allah rəhmət eləsin. Lakin artıq qarşıya baxmaq lazımdır. Mən düşünürəm ki, artıq Azərbaycan təhlükəsizlik orqanları, istər Daxili İşlər Nazirliyi olsun, istər Dövlət Təhlükəsizliyi Xidməti olsun, istər Xarici Kəşfiyyat Xidməti olsun, hamısı demək olar ki, çox ayıq-sayıq formada fəaliyyət göstərir. Desək ki, o dövrdən indiki dövrümüzə qədər olan zaman kəsiyində Azərbaycanda terrora cəhdlə bağlı hal və ya hərəkət olmuyub, bu yalan olar. Çox olubdur, hətda deyərdim ki, dəfələrlə bu halnan bağlı addımlar atılıbdır, lakin Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti, zəhməti sayəsində bu terror aktlarının, buna cəhdin qarşısı alınıbdır. Mən bir məqamıda qeyd edərdim ki, bununla bağlıda hər gün xüsusi xidmət orqanlarımız ayıq və sayıq şəkildə işləyirlər. Bu isə əslində çox sevindirici bir haldır ki, bizim dövlət təhlükəsizliyimizin təmin olunması etibarlı əllərdədir. İstər polis orqanları təmsil edən polis nəfərləri olsun, istər dövlət təhlükəsizliyində çalışan şəxslər olsun, onların bütün fəaliyyətinin bu istiqamətə yönəldilməsi bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə, ola biləcək terror hadisəsinin qarşısının alınması üçün bizim dövlətimizin təhlükəsizliyini təmin edəcək qurumlar və qruplar mütəşəkkil formada fəaliyyət göstərirlər və bundan sonra da, fəaliyyətlərini bu cür davam etdirəcəklər. Bu baxımdan düşünürəm ki, məsələ çox önəmlidir və xüsusilə də, son dövrlər cənab Prezidentin bu sahədə, onun rəhbərliyi ilə həyata keçirdilən islahatlar, bu sahənin gücləndirilməsi, dövlətimizin təhlükəsizlik təminatını daha da, möhkəmləndirir. Biz onsuzda 30 ildir ki, erməni terrorundan əziyyət çəkən dövlətik, xalq və millətik və onun qarşısını alınması üçün də, bütün addımları atırıq. Bu baxımdan düşünürəm ki, ADNA-da baş verən terror hadisəsi çox ağır bir faciə idi, amma artıq bu hadisə baş veribdir. Düşünürəm ki, qarşıdakı dövrdə təhlükəsizlik orqanlarımız bu məsələnin qarşısının alınması üçün ciddi əməli addımlar atacaqlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri